Ayrılıq salamdan başlar

Ayrılıq salamdan başlar
Sevgi Dünyası
10.09.2017 8
Ayrılıq "salam”dan başlar…

Salam Allahın adıdır əslində…

Tanışlıq Allahla başlayıb, Allahla bitər…

Çünki tanışlıq "salam”dan başlar…

Allah istəyib yəqin tanışlığımızı, sonra da ayrılmağımızı…

"Salam”dan başlayıb ya davam edər, ya da "salam”dan başlayıb yerində bitər, "sağ ol, əlvida” olmadan…

Maraqlı
olar insan sənə… Onun haqqında hər şeyi bilmək istəyərsən, ortaq
maraqlar, mövzular axtarıb taparsan… Kitab kimi maraqlı olar, oxuduqca,
oxuyarsan, kitab da bitir, maraqlı olduqca, tez oxuyub tez də
bitirirsən…

İnsanlar
da elədir məncə, maraqlı olur sənə, nə qədər tez tanıyırsan, bir o
qədər bitir sənin üçün, maraqsız olur sənə… Düşünmürsən ki, bəlkə o
insan romandır, bir kitaba sığmır, davamı var əslində…

Səbrimiz çatmır davamına… Bir kitabla açıb bağlayırıq insanları…

"Salam”dan
sonra hal-əhval tutular… Sonra tanışlıq üçün verilər digər suallar…
Sonra dostluq, sonra sevgi, sonra ayrılıq… Hər şey bu qədər bəsit, bu
qədər sadə, çox dərinə getmək lazım deyildir əslində…

Ayrılanda
insan maraqlı olmaz sənə, soruşmazsan hal-əhvalını, yola verərsən
gedər, görəndə görməzlikdən gələrsən, üzünü çevirərsən, salamını
götürməzsən…



Bəlkə o səni sevməkdə və oxumaq istəməkdə davam edər… Sənsə… Sənə isə bu maraqlı gəlməz daha…

Başqasını axtararsan… Axtarışda olacaqsan, yenisini tapanadək…

Salam verərsən gündə 10 nəfərə, 100 nəfərə, hansı gedər irəli, hansı bitər yerində, qismətin işi…

Onu
da buraxarsan Allahın üzərinə, bağlayarsan qismətə, alınmazsa,
deyərsən, "Allah belə buyurub, qoruyub məni”, alınarsa, sevinərsən ki,
tənha deyilsən, başını qatmağa yeni insan, yeni mövzu var, qəlbin də
daha bir müddətliyə məşğul olacaq, vicdan üçün də əzab çəkməyə səbəb
olacaq, ağıl üçün də məsləhət verməyə, düşünməyə əsas veriləcək…

Ağlın da, vicdanın da, qəlbin də, ruhunun da yaşaması üçün də, bitməsi üçün də, bir "salam” yetər…

Ayrılanda uzaqdan onun gəldiyini görüb yolunu dəyişərsən, dəyişərsən nömrəni, itirərsən bütün izləri…

Ayrılanda bloka atarsan onu, silərsən ismarıclarını, silərsən zəng tarixçəsini, əlaqə vasitələrini, emaillərini…

Ayrılanda nə ortaq maraqlar, nə ortaq mövzular düşər yada…

Ayrılanda tək istəyin onu unutmaq olacaq…

Əslində,
hər bir insanı 10 nəfər sevər, 100 nəfər paxıllıq edər, yaltaqlanar,
tərifləyər üzdə, dalınca deyinər, 1000 nəfər yatağa salmaq istəyər,
10000 nəfər "yox” deyildiyindən nifrət edər, qisas hissi ilə yaşayıb,
düşməninə çevrilər, yalnız 1 nəfər- əsl insan olduğundan sevər və
sevgisinə cavab görər, insanı, sevgisini, qəlbini, ruhunu, ağlını,
vicdanını əldə edər…

Salam verdiyiniz zaman unutmayın bunları…

Salamdan sonra davam yoxsa tamam?! Hər şey sizdən asılıdır, ey insanlar…

Günel Fərhadqızıскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!