Qəlbləri uzaqlaşdıran məsafə...

Qəlbləri uzaqlaşdıran məsafə...
Sevgi Dünyası
10.09.2017 10
Hindli
bir müdriklə tələbələri gəzişərkən Qanq çayının sahilində bir-biri ilə
hirslə qışqıran ailə görürlər.Tələbələrinə dönüb " insanlar niyə
bir-birləri ilə qışqıraraq danışarlar? " deyə sual verir.Tələbələrdən
biri " çünki səssizliklərini qoruya bilmirlər və özlərini itirirlər "
deyir.Müdrik " axı hirsləndiyimiz insan yanımızda ikən niyə qışqıraq? O
adama demək istədiklərimizi daha alçaq səslə də deyə bilərik elə deyil
mi? " deyə təkrar soruşur.

Tələbələrindən səs çıxmadıqda isə izah etməyə başlayır: " İki insan
bir-birlərinə qəzəbləndiyi zaman qəlbləri bir-birindən uzaqlaşır. Bu
uzaq məsafədə bir-birlərini səslərini çatdırmaq üçün qışqırmaq
məcburiyyətində qalırlar. Nə qədər çox hirslənib qəzəblənsələr aradakı
məsafəni azaltmaq üçün bir o qədər çox qışqırırlar. "

-"Yaxşı, bəs iki insan bir-birini sevərsə, necə? "

-" Bir-birlərinə qışqırmaq yerinə sakitcə danışarlar, çünki ürəkləri
bir-birinə yaxındır, arada məsafə ya yoxdur ya da çox azdır."

- " Yaxşı, iki insan bir-birini daha da çox sevsə, necə? "

-"Artıq danışmazlar, yalnız fısıldaşırlar, çünki qəlbləri
bir-birlərinə daha da yaxındır, artıq bir müddət sonra danışmalarına
belə gərək qalmaz. Yalnız bir-birlərinə baxmaqları kifayət edər. Bax
bir-birini gerçək mənada sevən iki insanın yaxınlığı belə bir şeydir. "



Daha sonra müdrik tələbələrinə dönüb davam edir:

"Bu səbəblə mübahisə
etdiyiniz zaman qəlbləriniz arasına məsafə girməsinə icazə verməyin.
Aranıza məsafə qoyacaq sözlərdən uzaq durun. Əks halda məsafənin artdığı
elə bir gün gəlir ki, geriyə dönüb bir-birinizə yaxınlaşacaq yolu
tapmaya bilərsiz. "

Bəzən
qışqırmaq, birilərinin xətrinə dəymək o an üçün bizi sakitləşdirə və ya
haqlı olduğumuzu düşündürə bilir. Lakin sonradan yaranan peşmançılıq
ağrılı olur.

 

Kaş ki, məsafələri artırmadan peşmanlıq, qəlb qırmadan yaşamağa davam edə bilsək...



Nurlanə İbrahimliскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!