Göz yaşım nəm edərdi rəsmini

Göz yaşım nəm edərdi rəsmini
Sevgi Dünyası
10.09.2017 23
Hər gün eyni yerdə gözləyirdim onu.. Gələcək deyə, gəlməsə belə bir yerlərdən
gün batımını mütləq izləyəcəyini bilirdim. Mən düşərdim yadına o
zaman.. Ya da, mən elə düşünərdim.. Günəşin kölgəsi düşərdi üstünə.
Özünü məndən uzaqlara qoyardı.. Qaçmaq istəyərdi, boynuma sarılmaq,
addım atmağa cəsarəti çatmazdı. Geri-geri gedərdi. Boynunu bükərdi
gözləri, dodağları küsərdi sözlərə, danışmazdı.. Dalardı uzaqlara.. Gecə
düşərdi gözlərimin üstünə.. Ruhumda bir ağırlıq, içimdə bir boşluq,
solumda bir buruq və hər gecə bu hissi yaşamaq. Bir azdan qara buludlar
çökər üstümə, səhərə qədər yağmurlar yağar..



- O heç
dəyişməmişdi, hələ də məni tərk etdiyi kimi idi.. Məndə bir rəsmi vardı
hər baxdığımda yenidən aşiq olduğum. Sanki Tanrı onun hər telini özəl
yaratmışdı.. Mənə özəl.. Boş-boş baxan gözlərimin arxasında nələr hiss
etdiyimi bir mən bilirdim.. Həm üzülmək, həm də gülümsəmək. Bu duyğuları
eyni anda necə yaşaya bilərdim axı.. Hər rəsminidə mənə baxırmış kimi
çəkdirməsən olmaz sanki. Çünki o gözlər mənə heç baxmadı ki.. Toxunardım
sənə.. azca çıxmış saqqalı yaraşıq verirdi ona.. saçlarının qoxusunu
belə hiss edərdim bi yerlərdən.. Birdə altdan-altdan gülməyi vardı.. Tam
da burası, gülüşünün bitdiyi yer, hər dəfəsində içimə toxunardı..
Yanaqları balaca uşaqların yanaqlarına bənzəyərdi, gülərdim.. Qərarsız
qalardım gözlərinəmi baxsam, ya dodaqlarında yuxulasam? Bəlkədə
gözlərinlə dodağın arasında qərarsız qalmaqdır eşq.. Əllərinə toxunmaq,
körpə uşaq kimi barmaqlarından həyata tutunmaq, qollarını keçirib
boynuma özümü yüksək yerdən asmaq, üşüsəm ruhunu geyinsəm əynimə,
qorxsam kirpiklərinin arasında gizlənsəm, sevgi olsam nəfəs kimi
ciyərinə alsan, xəyal olub baxışında itsəm, sevgi olub gözlərindən özümü
intihar etsəm, çıpılsam dodağıvın kənarına, yox olsam orda..

- Rəsimlərinin
hissi olsa utanıb qaçırardı baxışların.. 5 dəqiqəyə bütün bunları
yaşamaq necə də qəribə idi.. Onun xəbəri belə olmadan, onu alıb qaçmaq
istəyirdim. Zamanı dayandırıb uzun uzun onu izləmək istəyirdim. Birdə...
birdə sənə sarılmaq. söz kəçəcək, bitəcəkdi dərdlərim..

- " Susma,
danış, gülmə üzümə zəhləm getmiş.. Nəyini sevirəm sanki, pis yalnız . "
Əsəb olardım, dalaşardım bu lal rəsimlərinlə saatlarca həmdə..
Barmağlarımla gözünü oyardım.. Qısqanardım hərkəsə, hərşeyə, düşünərdim
həyatına girəcək qadın dünyanın ən xoşbəxt qadını olacaq deyə..
Boğazımda bir düyüm olardı o zaman udquna bilməzdim, boğulardım.. Ən
sonda yenə qalib sən olarardın.. Gözlərimi bağlayıb burnundan öpərdim
səni.. Axı mən sevirdim səni.. Göz yaşım nəm edərdi rəsmini...

- Günəş
gözlərində çıxıb, mənim nəbzimdə batardı sənlə.. Kölgəsi düşərdi
gözlərimin altına.. Sonra mən yuxuya dalardım, səndə siqaret yandırıb,
tüstüsünə xəyllarımı qatardın.. Məni xəyal etmək belə xoşbəxt edərdi
səni.. Mənsə bunu heç bilməyəcəkdim ....скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!