Bağışla sevdiyim

Bağışla sevdiyim
Sevgi Dünyası
10.09.2017 19
BAĞIŞLA...İndi
tək edə bildiyim getmək... Bəlkə hər şey daha yaxşı olar mən getsəm, bu
gedişim belə sənin yaxşılığın üçündür... Getməm asan görünər sənə bəlkə
də, qaçdı gözə ala bilmədi, sevməyi qorxaq deyərsən ardımdan… Sevməmiş
məni aldatmış deyərsən... Ama ən çox mənə toxunur getmək... Qalmaq qədər
incidər canımı…

Belə qərarım asan görünə bilər sənə… Vəfasızlar gedər deyərdin çıxdı getdi vəfasız deyib də özünü heç

sorğulamazsan, tanıyıram səni nə idi getməsinə

səbəb, mənmi idim? deməzsən, heç səbəbsiz getdi

deyərsən… Bilməzsən gedənin də canı yanar... Gedəndə qan ağlar, qalan qədər... Geridə buraxıb

hər şeyi, vecsiz görünmək, bilməzsən nə çətindir

sevərkən getməyi gözə almaq… Nə çətindir

buraxılan xəyalıyla davam etmək yola,

olmayacağını bilə-bilə yenə də arzu etmək...



Xatirələrlə tutunmağa çalışmaq həyata, amma sən anlamadan çıxdı getdi deyərsən... Amma hardan

biləsən tək çarəsidir gedənin… Getmək... Məcburdur

getməyə, ardına baxa-baxa… Unuda bilməz

gedəndə yaşananları, gözə ala bilməz, sevə bilməz,

tanımaq istəməz yeni eşqləri... Xatirələrlə oyanar hər

sabah… Bilməzsən məcburdur getməyi gözə alacaq qədər getməyə... Anla nə olar qırılma, incimə

məndən... Üzülmə aldırmadan getdi deyə, lənət

olsun səndən uzaq bu şəhərlərə... Üzülmə,

məcburam səni uzaqdan sevməyə, bağışla məni........скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!