Özünə gəl

Özünə gəl
Sevgi Dünyası
10.09.2017 17
Oxuduğum
kitablar, hekayələr gəlir ağılıma ya da izlədiyim filmlər... Hamısında
ümumiyyətlə xoşbəxt sonla bitirdi eşqlər; lakin sona gələnə qədər o
qədər acı çəkirdilər ki, obrazlar: sanırdım ki, hər an buraxıb
qaçacaqlar... Onsuz da indiki vaxtda dəb deyilmi atıb qaçmaq? Ən kiçik
bir sınağa belə tab gətirmədən qaçıb getmək... Qibtəylə dinlədiyimiz,
oxuduğumuz, izlədiyimiz o əfsanəvi eşq hekayələrinə hansımız yaxşı
mənada həsəd aparmadıq ki? Kaş ki belə bir sevgi yaşasam demədikmi heç
vaxt? Dedik... İstədik... "Mənim sevgim də belədir" deyərək öz özünü
aldadan kəslər belə olmuşdur böyük ehtimalla ( sən belə ola bilərsən
)... Amma, ey eşq: haradasan? deyə soruşan da , eşqini ayaqlar altına
alan da yenə eyni adam olmuşdur ümumiyyətlə...Baxın, belə bir şey deyil
sevgi...Bu yalan və çirkli dünyaya çox gəlir artıq deyəsən...Çünki
insanlar üçün o qədər çox fərqli mövzular, bir-birindən dəyişik maraq
dairələri və onları tamamlayan şeylər var ki.. Sevgi belə ona maneə ola
bilmir, o insanın bilərək yalan danışmasına mane ola bilmir...əni
sevirəm sözünü neçə adama söylədin məsələn, ey yazımı oxuyan insan?
Sevgi bu idimi yəni: Hər önünə gələnə səni sevirəm demək? Hər önünə
gələnə bunu söyləyirsənsə; o yaşadıqlarında, etdiklərində,
söylədiklərində yalandan başqa nədir ki? O an üçün sənə 'doğru' gələ
bilər amma bir gün bu söylədiklərin 'yalan' olmayacaqmı? Bu həyatda
nəticədə hər kəs etdiklərinə görə məsuliyyət daşıyacaq, amma həyatdakı
ən təmiz şey məncə gerçək sevgidir... Bunu belə özü üçün məqsəd hesab
etməyib, dünyalıq yuxulara qapılan və bəzən sevgini ayaqlar altına alan
adamın bu həyatdan, onlarla yazarın gözəl sözlərindən, gözəl
mahnılardan, bu əfsanəvi eşq hekayələrindən təsirlənməsi mənə görə
yalnız nəfsini aldatmasından başqa bir şey deyil.

Ey insan!

Özünə gəl...

Sevgi o qədər sadə bir şey deyil !! Xidmət edəcəksənsə, nəfsinə deyil
sevginə xidmət et: sonsuzluq onun ardında gizlidir çünki...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!