Sənsizlik Yaraşdımı Mənə?

Sənsizlik Yaraşdımı Mənə?
Sevgi Dünyası
10.09.2017 8


Sənsizlik Yaraşdımı Mənə



Qərar verə bilmirəm heç cür ... 



-Çox yaraşdı- deyir ürəklərində yer verdiklərim ... 



Necə də dinc görünürsən indilərdə ... 



Mən ... 



Mən bilmirəm hələ ! 



Üstümə geydiyim bu qapqara sənsizlik yaraşdımı həqiqətən mənə ... 







Sənli xəyallara dalıram xülyalarla 



Çıxarıram üstümdən sənsizliyi 



Sonra gözümü alır xülyalarımın ağlığı təkrar geyirəm ! 



Bir az böyükmü gəldi yoxsa ... 



Kiçikkən anamın etdiyi kimi ilə də geyərəm deyib ən böyüyündənmi geyindim sənsizliyi ... 



Qərar verə bilmirəm heç cür ... 



Bu qədəri çox mənə deyib 



Çıxarıram üstümdən ... 







Bildiyim ən yaxın dərziyə gedirəm qaçar addımlarla ... 



Nə istədiyimi izah edirəm 



Bura belə olmalı 



Bura keçmişdə qalmalı ... 



Mən izah edirəm-yoldaşım-dərzi dinləyir ...



Dinincə hirsim bir az 



Sənsizliyi keçirib yenə üzərimə çıxıram ! 



Sən 

Mən 

Sənsizlik 

Qapqara 

Böyük ...... 



Keçir zaman ! 



Ya mən böyüyürəm ya ağrılarım ya da ürəyimin iç cibində daşıdığım sənsizlik ! 







Qısa gəlir artıq qolları



Qollarımı açıqda buraxır açıq dənizlər qədər uzaq varlıqsızlığın.... 



Həm üşüyürəm artıq, həm də utanıram ...
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!