Evakuasiya romanından

Evakuasiya romanından
Sevgi Dünyası
10.09.2017 12
Riyaziyyatı hardasa başa düşmək olar . Rəqəmlər , hesablar sabah
hansısa məsələdə bizə lazım olacaq. Evə divan alanda ölçüsünü bilmək
üçün ya bazarlıq eləyəndə çəkini bilmək üçün , pulu saya bilmək üçün.
Riyaziyyat lazım ola bilər. Ədəbiyyatı da başa düşdüm yazıçıdı , şairdi
bu adamlar millətin xarakterini formalaşdırır , mənəviyyatını
zənginləşdirir.

Ama bu zəhirmara qalmış Qacar şahın hakmiyyəti illəri , ya
slavyanların yürüşü , ya Fətəlli xanın birinci tutduğu vilayət , sonrada
ikinci tutduğu vilayət , döyüşlər arasındaki il fərqi - bax bunu heç
cür anlaya bilmirəm. Axı bu zəhrimar rəqəmləri nəyə görə əzbərləməliyəm ?
Həyatın hansı anında mənə lazım olacaq bu rəqəmlər , bu xırdalıqlar ?
Bakıda yüzminlərlə şagird var , hamısı 11-ci sinifə kimi milyonlarla
mənasız faktı əzbərləyir , doğrudan mənasız və heç kimə lazım olmayan
faktı əzbərləyir və bu bizim dilimizdə " Elm " adlanır . Bu nəyə
lazımdır ki ? Mənim nəyimə lazımdır nə vaxt olub ? Hunların iknci yürüşü
? Bu mənə kimisə sevməkdə , ərə getməkdə , ya sabah restoran açıb
biznes qurmaqda , ya xaricə köçüb işləməkdə necə kömək ola bilərki ?
Yəni elə bir ehtimal varki , kimsə mənə küçədə yaxınlaşıb Hunların
yürüşünün nə vaxt olduğunu soruşsun ? Əlbəttə ki yox . Bunu atama da ,
anama da demişəm . Hətta onların özündən də soruşmuşam , onlar da
bilməyiblər . Bu hadisəni bizim qoca , əlləri əsən tarix müəllimimizdən
başqa heç kəs bilmir . Bir gün direktor sinifə girən kimi birinci məni
qaraladı - " Niyə dərsə qulağasmırsan ? " Sualın cavabında məndə sual
verdim : " Hunların yürüşü nə vaxt olub ? " O gözlərini bərəldib susdu .
Hunların bu zəhrimara qalmış yürüş illərini direktorda bilmirdi .



Müəllimlərlə uzun uzadı mübahisələrim , imtahandan aldığım ikilər ,
verdiyim suallar , geyindiyim paltarlar , bütün bunlar onlarda gülüş və
təəccüb dogurur . Uşaqların çoxu elə bilirki valideyinlər nə desə onu
etmək lazımdı , müəllim nə tapşırırsa onu oxumaq lazımdır . Elə bilirlər
sabah 5 alsalar Mersedesləri olacaq , villaları da . Daha bilmirlər ki ,
dərs başqa iş başqa . Mənsə heç bir halda dilimi qatlayıb yerimdə
oturmuram , elə bil susmaq və itaət etmək düyməsi mənim beynimdə işləmir
. Bu sonuncu ili də bitirib rəssamlıq akademiyasına daxil olacam . Ən
yaxşısı rəssamlıqdı . Aglıma gələni çəkib , üstünə 2000 euro qiymət
qoyacam . Qoy bir il , iki il heçnə qazanmayım , amma bir gün bir varlı
adam elə biləcək ki , bu rəsimdə böyük fəlsəfə var - və alacaq . Axı
mənim kimi qızları heç bir şirkəttə işə götürməzlər . Amma rəssam olsam
bütün dəliliyimi , qeyri adiliyimi mənim xüsusi istedadımla
əlaqələndirəcəklər . Onda istədiyim hər şeyi edə biləcəm . Camaatda
baxıb deyəcək ki , rəssam adamdı bədahətən aglına ideya gəlib ona görə
gicləyir .

 

Müəllif: Elxan Zeynallıскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!