İbrətamiz hekayə

İbrətamiz hekayə
Sevgi Dünyası
10.09.2017 13
Bir
gün men dükanların birinde alış-veriş edirdim. Birden bir uşağın
kassanın önünde dayanıb satıcı ile söhbetinin şahidi oldum. 

- "Ezizim, senin bu kuklanı almağa pulun çatmır" - satıcı uşağa deyirdi.

Uşaq
ise boynunu büküb yeniden pulunu elinde saymağa başladı. Men kassaya
yaxınlaşanda, "Xala, siz de düşünürsünüzki menim bu kuklanı almağa pulum
çatmır?" - deye menden soruşdu.. Men onun pulunu saydım ve kuklanın
qiymetine baxıb, "Beli ezizim, senin bu kuklanı almağa pulun çatmır"
dedim. Uşaq hele de kuklanı elinde tutub dayanmışdı. Men alış-veriş
edib dükandan çıxmaq isteyende yeniden ona yaxınlaşdım. "Sen bunu kime
almaq isteyirsen?" deye soruşdum.. 

-"Menim bacım bu kuklanı çox sevir. İsteyirem onun ad gününe bunu
hediyye edim..Kuklanı anama vermek isteyiremki o bu kuklanı bacıma
versin." Bir qeder susdu.. Onun gözleri çox qemgin idi.. ve birden o
yeniden mene danışmağa başladı.."Menim bacım Allahın yanına gedib.Mene
atam bele dedi. Atam dediki anam da birazdan gedecek Allahın yanına. Men
de düşündümki belke anam bacıma bu kuklanı apara biler." Menim üreyim
birden sanki dayanmağa başladı.. Balaca oğlan mene baxıb: "Men atama
dedimki, qoyma anam men gelene kimi harasa getsin." Sonra o mene bir
şekil görsetdi. Orda bütün ailesi var idi. Hamısı çox xoşbext görünürdü.
"Men isteyiremki anam bu şekili bacıma aparsın. İstemirem ki, bacım
meni unutsun.Eslinde men istemiremki anam meni burda tek qoysun. Amma
atam deyirki o bacımın yanına getmelidir." - deyib yeniden qemgin
gözleri ile kuklaya baxdı. Men tez uşağa baxıb " Gel senin pulu tezeden
sayaq. Belke sehv saymışıq?" - dedim. "HE! Men de düşünüremki menim
pulum çatır bunu almağa" - uşaq sevincle dedi. Gizlince pul kisemden pul
götürüb onun puluna elave edib, yeniden pulunu sayıb "Şirinim, senin
pulun bu kuklanı almağa çatırmış. Biz sehv saymışıq.Bağışla
meni!"-dedim. Kuklanı almağa pul kifayet edirdi hele bir qeder de artıq
qalırdı. Meni çox kövrelden bu uşaq göye baxıb

"Çox sağol Allahım! Çox sağolki sen mene pul verdin, Allahım. Pul
verdinki men bacıma bu kuklanı ala bilim. Çox sağol Allahım"

Bu sözleri dedikden sonra mene baxıb elave etdi: "Men dünen gece
yatmamışdan qabaq Allaha yalvardımki mene pul versinki men bacıma bu
kuklanı ala bilim. Allah meni eşitdi! Hem de men isteyirdimki biraz
pulum qalsınki anama 1 qızıl gül ala bilim. Anamın ağ qızıl gülden çox
xoşu gelir.Amma men Allaha bu haqda heçne demedim. Amma o mene yeterince
pul verdiki men hem de gül ala bilim".

Bezen insanların heyatında ele anlar olurki, insanın özü ve heyata baxışı 180 derece Deişir...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!