Mələklər şəhəri

Mələklər şəhəri
Sevgi Dünyası
10.09.2017 2
Əvəllər yagış qıcıqlandırırdı hər toxunuşu ama indi belə deyil. 

Heç yoxmuş kimi davranıram daha doğrusu belədə hiss edirəm .

Hər zaman ən vacibi hiss etdiyin kimi davranmağı bacarmaqdı. Əlbətdəki yalnız özünə aid məsələlərdə .



Başqalarına qarşi isə sadəcə qərar verməlisən hiss etmək bəs eləmir . 

Adamlar yağışdan harasa qaçışır ən romantikləri isə yəqin indi pəncərədən baxır.

Küçədə Asta asta gəzib istədiyim yerdə də dayanıram heç yağış yoxmuş kimi. Arxa fonda nə cem adrian var nə Grinko valsı

gecə vaxtı lampa işığında yağıntı
maraqlı görünür bir onu deyə bilərəm. Hələ bir siqaretdə yandırıb çəkmək
olar yarısı islanıb sönənə kimi... Mənəvi xöşbəxtliyi yaşamaq üçün
elədə çox şey lazım deyilmiş ) bu nə vecsizlik nə yalnızlıq nə də romantikadı. bu sadəcə bir gündü adi bir gün (Yox yox cəmi 10 dəqiqə )

NOT:

Bilirsən
nəsə yazmaq planlamaqla deyil. Bir dərd eləməklədə olmur bu işlər .
Hamı kimi yaşa , fərqli düşün və cızma qara elə . Köhnə tanışımın ən
yaxşı məsləhəti. Əslində bunu şəxsən məsləhət etməmişdilər o məsləhti
oğurlamışdım. Buna ehtiyacım vardı. Bu əsl şedevrdi əsl ilham pərisidi.скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!