14 Fevral - Sevgililər Günü

14 Fevral - Sevgililər Günü
Sevgi Dünyası
10.09.2017 38
Sevgiyə dair nə çox söz söyləndi minlərcə il…Nə çox şey yaşadı aşiq
kəslər…Maraqlı olan budur ki,hər kəs öz SEVGİsini yaşadı və hər kəs
sevgi deyə öz qəlbini izah etdi…Bu gün mən də bunu edəcəm,öz ürəyimə
güzgü tutacam…

Əsl sevgini yaşadınmı?-deyə sual vermə mənə.Bəlkə də bu sualı yalnız
həyata göz yumduğum gün cavablandıracam.Bu gün sadəcə önümə
aglımı,ürəyimi,ruhumu qoyub öz sevgimin xəyalını quracam…



SEVGİ-Mən əvəzinə ilk əvvəl SƏN deyə bilməkdir…Özündən əvvəl onun
xoşbətliyini düşünmək,Onun yanında rahatlıq tapmaq,Güvən duymaqdır..Hər
nə olur-olsun səni sevəcəyini bilərək ÖZÜN olmaqdır



SEVGİ-Sevdiyinin ürəyinin gözəlliyinə və sevdasına inanaraq onun
xoşbəxtliyi üçün səylə əmək sərf etməkdir….Sevdiyinin gözlərində
rahatlıq tapıb onun ruhuna qərq olmaqdır…



SEVGİ-Sevdiyinə hörmət etmək,varlığı ilə qürür duymaqdır….Təbəssümün
kimi göz yaşlarını,söhbətlərin kimi susqunluğunu da eyni həvəslə onunla
paylaşmaqdır…



SEVGİ-Həyat qapılarının hamısını açmağa qadir olan tək açardır…



SEVGİ-MƏN və SƏN anlayışına son qoymaqdır…



SEVGİ-İnsan övladının çətinliklə tapıb asanlıqla itirdiyi bir məvhumdur…



Bir ömür boyu sevib- sevilmək arzusu ilə Bayramınız Mübarək!!!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!