Sevgi

Sevgi
Sevgi Dünyası
10.09.2017 25
Sevgi …Sevgililər .Necə gözəl , necə məlahətli səslənir elə deyilmi? Axı
bizim uzaqdan baxdığımız çox şeylər bizə gözəl və asan görünür. Bəli,
sevgi unudulmaz, ülvi, pak bir hissdir. Fəqət yaşamağı , sevməyi
bilənə...Amma iki ayrı insanın əl-ələ verib eyni yolda, cığırda
irəliləməsi və həyatın saysız-hesabsız oyunlarına tap gətirə bilməsi heç
də asan iş deyil , ümumiyyətlə sevgi , sevmək asan iş deyil .Axı hər
gözəllik, hər qələbə qurbanlar tələb edir. Sevgi –Məhəbbət həyatın ən
böyük qələbəsidir .



Dünyanın qitələr qədər, ucsuz-bucaqsız torpaqlarını fəth edən
sərkərdələr , hökmdarlar olub. Amma bir qəlbi fəth etmək bütünlüyü ilə
fəth etmək o ruha , qəlbə sahib olmaq bax bunlardan belə daha böyük bir
qəhramanlıq , qorxmazlıq tələb edir...Torpaq , Vətən sədaqət, sevgi
,fədakarlıq tələb edir. Fəth etdiyin qəlb də sənin şəxsi Vətənindir. Ona
sədaqət verməsən , əsil saf sevgi, cana bərabər fədakarlıqlar etməsən
itirərsən onu ...həyatda sənə verilən ən dəyərli hədiyyəni...Əgər bir
şeyi əldə ediriksə, bu bizə verilirsə, itirmək nəyə lazım axı. Uduzmaq ,
onu itirmək-bu gücsüzlükdür.... Sevdinsə daim mübarizə aparmalısan onun
uğrunda, onu qorumalısan bütün bəd əməllərdən, qırıcı sözlərdən yad
əllərdən , pis gözlərdən ... Mübarizə aparmalısan bütün əleyhdarlarla
sizə sevginizə qarşı çıxan hər kəslə həyatla, taleylə onu səndən ala
biləcək hər şeylə bəlkə də bu ən böyük imtahanlardan biridir.



Çox adam bağçasında güllər əkir, amma hər kəs o güllərə eyni qayğı ilə
mi qulluq edir. Onu ayazlardan, qardan, soyuqdan hər şeydən qoruya
bilirmi , onu eyni təravətdə gözəllikdə saxlaya bilirmi...Kiminsə
gülləri baxımsızlıqdan yanıb məhv olur , kimin gülləri isə vaxtından tez
solur... Çalışın sevgini qoruya bilin bir Vətən kimi, bir ana həsaslığı
ilə, bir sevgili gözü ilə , bir həyat sevgisi ilə, bir cənnət arzusu ,
bir nəfəs zərurəti ilə....Ona həyat bağçanızın ən zərif , ən nadır
qönçəsi kimi baxın. Daim ona qayğı göstərin , qoruyun ...Əgər gül
soldusa , ləçəkləri quruyacaq töküləcək həyatınıza əbədi payız gələcək
....Sevgisiz bir həyat çılpaq quru ağaca ləçəkləri tökülmüş bir gülə
bənzər .Həyat bağçanızda daim bahar nəsimi əssin , çiçəkləriniz hər gün
yeni doğulmiş kimi başlasın həyata



Sevgini bir çox şeylərə bənzətmək olar, axı həyatın hər parçasında sevgi
var ,ama heç biri ilə müqayisə edilməz. Sevgini qeyd etmək üçün hər gün
yeni bir şansdır , hər bayram bir bəhanə... Fərqi yoxdur nə vaxt hər
zaman bu fürsətləri qiymətləndirin, qeyd edin , bir- birinizə sevginizi
ifadə edən gözəl sözlər deyin, amma unutmayın bu o qədər də vacib deyil
sevgi dolu unudulmaz bir baxışda yetər. Bütün sevənlər Sevgililər hər
birinizi təbrik edirəm , sevginizi qoruyun , onu doya-doya yaşayın , heç
nəyə macal vermədən heç həyatın özünə belə...



Ay Dünyanın sevgisindən pərvanətək onun başına dolanır. Günəş də bu
sevgini alqışlayıb onlara əbədi işıq saçır. Siz də sevginlinizin
eşqindən onun yanında pərvanə olun pərvanə tək vəfalı olun , taleyiniz
isə bu sevgiyə günəştək işıq saçsın....!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!