Tənha ağac

Tənha ağac
Sevgi Dünyası
10.09.2017 21
Uzaqlarda , çox uzaqlarda , sirli bir məkanda , tənha bir dərənin üstündə bir ağac vardı.

Amma sonsuz idi o, tənha idi ; nə bar verirdi, nə yaşıllaşırdı.

Kimsəsiz idi o bu zalım dünyada ; nə yoxlayanı vardı, nə yada salanı.

Yaz keçdi tənha qaldı, yalqız qaldı 

Yay bitdi qəhərləndi , qüssə çəkdi, dərd çəkdi

Payız gəldi xatırlandı , ziyarətinə gəlindi. Parçalandı, doğrandı…

Qış uzunu üşüdü, üşüdü … 

Yaz əvvəli gülüşlər gəldi , gülüşlər yaxınlaşdı. Bir budaqdan ip
asıldı. Gülüşlər ucaldı, sevinclər çoxaldı, şənlik içıq saçdı. Günəş
batdı, gülüş getdi, şənlik itdi…

İllər keçdi, illər ötdü. O tənha dərədəki tənha ağac doğrandı, doğrandı… Axır bir kötük qaldı, bir də tənha dərə.

Yay ortasında uzaqdan bir çəlik göründü. O çəlik irəllədi, üzünü
tənha dərəyə tutdu, irəllədi. Dərəyə çataçatda yavaşıdı , titrədi .
Oturdu. Naxışlı dəsmal alnı sildi, boynu sildi. Yorğunluq quş oldu uçdu.
Çəlik durdu, yolun tutdu …

İllərlə o tənha dərədə , tənha qaldı. Onun qiyməti bilinmədi.

Parçalandı, doğrandı. Onun qiyməti bilinmədi.

Qış uzunu sobadakı istisinə qızınıldi. Onun qiyməti bilinmədi.

Yaz əvvəli şənliyə, gülüşə səbəb oldu. Onun qiyməti bilinmədi.

Yay sonunda yorğunluq çıxardı. Onun qiyməti bilinmədi.

Vaxt gələcək xatırlanacaq, zaman gələcək onun qiyməti bilinəcək. Bax bir saniyə keçdi . Biri də… Biri də…скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!