Yaşamaq çətindi sənsiz

Yaşamaq çətindi sənsiz
Sevgi Dünyası
10.09.2017 8
Nə gördüyün qədər asandı hər şey,nə də düşündüyün qədər qarışıq.Nə
istədiyin anda ölümü seçə bilirsən, nə də ölüm gədiyində yaşamaq şansın
var.Bəzi seçimləri seçməkdən məhrumsan.Bir usağın öz ana-atasını seçə
bilməsi kimi sənin də həyatından bəzi hadisələri  dəyişmək şansın
yoxdur.Ağlında olan 1 sualın cavabını tapmaq üçün aylarca axtarışa
çıxdığın olur.Küçə-küçə bütün şəhərləri tanımaq,onları anlamaq
istərsən...Asan deyil əlbət bu...

 Ancaq bu yolla unudacağını sanırsan dərdlərini....Heç gözləmədiyin
bir anda qulağına gələn mahnı səsində tapa bilirsən axtardığın sualın
cavabını...

 Bütün acı verən hər şeydən qaçmaq istəyirsən...Ölümdən qaçar kimi
qaçarsan sevgidən.Amma ölümdən qaçmaq mümkün olmadığı kimi ,sevgidən də
qaça bilməzsən... "Sevgidə sabah yoxdur",deyərkən ağlın sabahlarda
qalar.... Sevgini gözüdolusu yaşaya bilməzsən.... Ayrılığın acısı
buraxmaz yaxanı... unutmaq istədikcə məğlub olarsan...Nə qəhqəhələrlə
gülə bilirsən,nə də hıçqıraraq ağlaya... Qəfil 1 anda, bəlkə 1 dosta
salam deyərkən,bəlkə xoşuna gələn  1 seiri oxuyarkən və ya mahnı
dinləyərkən yanağından süzülən yaşlar......

Qeyri ixtiyari... Elə səssiz sədasız axar ki... Həm azad olmaq,həm
də bağlanmaq isdəyirsən....Bilirsən çünki....Azad olmaq yalnızlığın
dostudur.Bir sevgi yaşamaq istəyirsən.Ancaq incidilməkdən qorxarsan...
Nə gedə bilirsən bir addım qabağa,nə də dönə bilirsən keçmişə... Heç bir
şeyin dəyişməyəcəyini bilə-bilə.Yenə də ümüd edərsən...Əgər
olsaydı...?!

Təsəlli etməyə başlayarsan özünü... Yaxşı ki olmadı...
Alınmadı...Amma bunlar səni incitməkdən başqa 1işə yaramaz!!! Bax
belədir qarşılıqsız sevmək.Gecən gündüzün birləşir... Sən atmısan ilk
addımı... Amma o əlini uzatmamışdır sənə...

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!