İki nəfərlik pyes: Qadının öz beyniylə dialoqu

İki nəfərlik pyes: Qadının öz beyniylə dialoqu
Sevgi Dünyası
10.09.2017 5
Qadın: İlahi, o gedir, o məndən uzaqlaşır… (ağlayır)

Beyin: Pozitiv ol, pozitiv ol…

Qadın: Nə pozitiv? Əşyalarını yığır, əclaf…

Beyin: Zırıldama, gülümsə… Sirli şəkildə gülümsə… Bir dəə yel dəyirmanı kimi əl-qolunu yellətmə!

Qadın:
Əclaf, çamadanını necə də həvəslə yığır…  Abırlı bir kişi gedəndə,
corab və alt paltarlarını götürməklə kifayətlənər, bu əclaf isə
köynəklərini də yığır… (ağlayır)

Beyin: Gülümsə!

Qadın: Bəlkə, boynuna sarılım?

Beyin: Axmaq!

Qadın: Bəlkə, qarşısında diz çöküm?

Beyin: Axmaq!

Qadın: Bəlkə, elə onun…

Beyin: Nə "onun”?

Qadın: Başından tava ilə yüngülvari…

Beyin: ???

Qadın: Yazıqdır axı… Sağaltmaqla məşğul olaram, beləliklə də onun getməyini iki ay uzada bilərəm… Bəlkə, sonra öyrəşər, getməz…

Beyin: Cinayətkar olmaq istəyirsən, bir sözlə… Bəs birdən vurarkən gücünü nəzərə almasan…

Qadın: Əvvəlcə güc toplayıb, sonra qəş-ş-ş-şəngcə vuraram!

Beyin: O mənada demirdim… Sənin əlin ağırdır axı… Vurub öldürəcəksən, xəbərlərə çıxacaqsan!

Qadın: Belə ağıllısansa, de onda nə etməliyəm?

Beyin: Gülümsə! Pozitiv ol…

Qadın: Burda nə pozitivlik ola bilər? Mən tək qalaca-a-a-a-a-a-a-a-a-am! (ağlayır)

Beyin: Gülümsə! Özü də, tək yox, sərbəst qadın olacaqsan…

Qadın: Nəyimə lazımdır belə sərbəstlik?

Beyin: Gülümsə! Sərbəstlik möhtəşəm şeydir: ancaq özünlə məşğul olacaqsan!

Qadın: Niyə? (burnunu çəkir)

Beyin:
Elə ona görə! İspan dilini öyrənərsən – sən həmişə ispanca kinolara
tərcüməsiz baxmağı arzulamısan… Zərb alətləri dərnəyinə yazılarsan, bu
əli ağırlıqla səndə yaxşı alınar!

Qadın: Necəsə vaxt olmayıb heç vaxt…

Beyin: Öz büdcəni özün tənzimləyəcəksən, heç bir lazımsız amerikan alətlərinə və bitməyən maşın təmirinə pul xərcləmədən!

Qadın: Kürk alaram, ayaqqabı alaram… həmin qırmızı ayaqqabını… (gözünü silir)

Beyin: Hüquq şöbəsindəki o oğlan ilə axşam yeməyinə çıxarsız – həmişə gözlərini sənə zilləyir…

Qadın: (Gülür) Hə, "MCdonalds”a gedərik, yeri gəlmişkən, təklif də edib… Kürkümlə ayaqqabımı da geyinərəm… (Sirli gülür)

Beyin: Nə kiməsə yemək bişirmək var, nə paltarını yumaq…

Qadın: Ancaq manikür-pedikür-maskalar-masajlar! (Xoşbəxtcəsinə gülür). Ekskursiyaya da çıxaram… (xəyallara dalır)

Beyin: Görürsən, sən də pozitiv şey yoxdur deyirdin…

Qadın: Hə, dözərəm! (Qalibmişcəsinə gülür). O-o-o-o-o-oy!

Beyin: Nə oldu?

Qadın: O, çamadanıyla qarşımdadır, diz çöküb… Dizləri öpməyə başladı!

Beyin: Kimin?

Qadın: Çamadanın yox hər halda! O deyirki, mənim kimi birini heç vaxt tapmayacaq… Bağışlamağımı istəyir… və getmək istəmir!

Beyin: Oy!

Qadın: Bəs sərbəst qadın? (ağlayır). Bəs zərb alətləri dərnəyi? Bəs kürk, ayaqqabı?(Zırıldayır). Bəs hüquq şöbəsindəki Vasya?

Beyin: Pozitiv ol, pozitiv ol…скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!