Sevgi haqqında bilmədikləriniz

Sevgi haqqında bilmədikləriniz
Sevgi Dünyası
10.09.2017 11
1.Hər nə qədər özümüzü dünyadakı ən sadiq varlıqlar kimi görsəkdə heyvanlar arasında da bir birinə sadiq cütlər var.

2.
Bir adamı bəyənib beyənmədiyimizə 4 dəqiqə ərzində qərar veririk.
Psixoloji araşdırmalar göstərir ki, nə dediyinizdən çox, səsinizin tonu,
duruşunuz və bədən diliniz çox daha əhəmiyyətlidir. 

3.
Bir psixoloji araşdırma göstərir ki, bir-birlərinə aşiq olan cütlər,
bir-birinin gözlərinə ən az 3 dəqiqə baxdıqda, ürək döyüntüləri
sinxronizasiya olur. 

4.
Aşiq olmağın kokain istifadəsinə bənzər təsiri var. Araşdırmalar
göstərir ki, birini sevəndə beyinin 12 bölgəsində həddindən artıq
xoşbəxtlik hormonları ifraz olunur.

5.
Sevdiyimiz biri ilə qucaqlaşmaq bədənimizə təbii ağrıkəsici təsirini
bağışlayır. Hətta araşdırmaçılar, ağrıdığımız zaman dərman qəbul etmədən
əvvəl sevdiyimiz birinə sarılmağı təklif edir. 

6. Sevdiyimiz adamın yalnız fotoşəkilinə baxmaq belə, ağrılarımızı azaldır. 

7.
Psixologiya və ictimai sahələrdəki araşdırmalar göstərir ki, insanların
romantik əlaqələrində seçdiyi insanlarda ümumiyyətlə müəyyən bir
oxşarlıq var. Yəni insanlar yalnız özünə bənzəyən birini deyil eyni
zamanda öz sosial bacarıqlarına uyğun partneri seçirlər. 

8.
Xasiyyət cəhətdən bir-birinə çox bənzəyən cütlər uzun müddət
münasibətdə ola bilmirlər. İnsanlar bir-birinə zidd xasiyyətdə olduqda
daha uzun ömürlü münasibətlərin əsası qoyulur. 

9.
Araşdırmalar göstərir ki, ayrılıq və boşanma kimi sıx və travmatize
edici hadisələr ürəyə ciddi şəkildə təsir edir. Xüsusilə qadınlar daha
həssas olduğu üçün fəsadları da böyük olur. 

10. Romantik münasibətlər çox vaxt ayrılıqla nəticələnir.

11.
Araşdırmalar göstərir ki, bir adam aşiq olduğunda ilk mərhələdə
bədənindəki serotinin səviyyəsi aşağı, kortizolun səviyyəsi isə yüksək
olur. Bu səbəbdən cütlüklər dəyişkən ruh halında olurlar.

12. Sevgi və cinsi əlaqə haqqında düşünmək, yaradıcılığa və yaddaşa müsbət təsir edir.

13. Sadiqlik və Səmimiyyət sevgini möhkəmləndirir.

14.Uzun müddətli əlaqələrdə xarici görünüş xüsusi rol oynayır.

15. Sevdiyiniz insanlara qarşı hiss etdiyiniz minnətdarlıq, dərhal xoşbəxtliyinizi artırır.

16. Aşiq olanda adrenalin hormonu yüksəlir ona görə də qarnınızda qəribə bir ağrı olur. 

17. Gözlərinizdəki sevinc sizi daha cazibədar göstərir. 

18.
Araşdırmalar göstərir ki həyatınızda sevginin olması həqiqətən çox
əhəmiyyətlidir. Odur ki, çalışın hər zaman sevdiklərinizin yanında olun.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!