Sən həsrətli,mən boynu bükülmüş

Sən həsrətli,mən boynu bükülmüş
Sevgi Dünyası
10.09.2017 17
Budur, görüşdük...

İllər nə tez keçdi...

Tez keçmədimi səncə?

Bir siqaret yandır—

Baxım gözlərinə doyunca...

Bir siqaret ömrü qədər uzansın bu qəfil görüş.

Dayanaq üz-üzə,



Sən həsrətli, mən boynu bükülmüş...

Amma,

Danışma, sən Allah.

Danışsan,

"Xoşbəxtsənmi?” soruşacaqsan,

Mənsə...

hönkürəcəyəm...



Bir siqaret yandır,

Közünə alışıb yanan ruhum,

Külünə ölən arzularım qovuşsun—

Dərdlərim dərdlərinin halını soruşsun...

Bir siqaret yandır—



Tüstüsündə mən yanım, acısında sən.

Həsrətli baxışlarında tənhalığıma təsəlli axtarım,

Yarımçıq yanan siqaretində

sönən ümidlərimi



Və səninçün darıxanları görüm—



İçimdə hönkürüm, hönkürüm...

Sevgini rədd etdiyim,

Qüruruna qalib gəlib dönəcəyini gözlədiyim 

günləri xatırlayım,

Peşmanlığın acısını yaşayım—

səndən xəbərsiz...



Sən Allah,

tüstülü baxışlarınla

qəlbimi oxumağa çalışma,

tənhalığımı görmə, amandır...

O biri siqareti



məndən uzaqda yandır—

Bir siqaret ömrü qədər peşmanlıq yetər mənə...

Çıx get evinə-eşiyinə,

Allah xətrinə...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!