Axan ömrümə baxıram

Axan ömrümə baxıram
Sevgi Dünyası
10.09.2017 12
Göl kənarında yaşlı bir qoca dalğın-dalğın sürətlə axan suya baxırdı.Kənardan keçən gənc oğlan ona yaxınlaşıb:

 Baba çox düşüncəlisən nəyə baxırsan elə? deyə soruşdu.

Qoca baba içini çəkərək "Axan ömrümə baxıram” dedi.

Gənc oğlan ağ saqqallı,nur üzlü yaşlıdan maraqla soruşdu." Bir insanın ömrü nə qədər olurki ?” 

Yaşlı
adam şirin bir gülümsəmə ilə " Azanla Namaz arası qədərdir” deyincə
 gənc oğlan özünü saxlaya bilməyib həyəcanla  "Necə yəni omür bu qədər
qisadırmı?”  deyə soruşur.

Qoca
baba "Bəli ömür namazsız azanla azansız namaz arası qədərdir”.Gənc
oğlanın təəcüblü baxışlarını görən qoca izah etməyə başladı.Yəni,dünyaya
bir körpə gələr,onun qulağına Azan oxunar .Bax o, Azanın Namazı
qılındımı?Qılınmadı.O, Azan Namazsız Azandır.İnsan öldüyü zaman qılınan
cənaze namazının da Azanı yoxdur.Oda Azansız Namazdır.Əslində o namazın
Azanı insan doğulunca qulağına oxunmuşdu.Bax ey insan ! Doğuldun,amma
bir gün öləcəksən.Ömür dediyin nədirki,tez qurtarır.Çalış vaxtını boşa
ziyan etmə.Həyatını yaxşı dəyərləndir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!