Usta və şagirdi

Usta və şagirdi
Sevgi Dünyası
10.09.2017 8
Bir adam güləşməkdə şöhrət tapmışdı. O, üç yüz altmış fənd bilir, gündə bir fəndlə güləşirdi. Şagirdlərindən birinə hüsn–rəğbət bəslədiyinə görə ona üç yüz əlli doqquz fənd öyrətdi. Ancaq bir fəndi cürbəcür bəhanələrlə geri salır, öyrətmirdi. Xülasə, oğlan gücdə,ustalıqda elə məşhur oldu ki, onun qabağında heç kim dayana bilmədi. Hətta iş o yerə çatdı ki, o, bir gün hökmdar hüzurunda lovğalanaraq dedi:

– Ustam ona görə məndən üstündür ki, həm böyük, həm də mürəbbimdir. Yoxsa mən gücdə ondan əskik deyiləm, ustalıqda da ona bərabərəm.

Bu söz hökmdarın xoşuna gəlmədi. Əmr etdi, usta ilə şagird güləşsinlər.Hündür bir yer düzəltdilər, dövlət başçıları, saray xadimləri və ölkə pəhlavanları toplandılar. Oğlan qızmış bir fil kimi elə bir

heybətlə meydana çıxdı ki, qabağında qurğuşun dağ olsaydı yerindən

qoparardı. Usta başa düşdü ki, şagirdi gücdə ondan üstündür. Ona görə gizli saxladığı fəndlə şagirdi ilə güləşməyə başladı. Oğlan ona girişə bilməyib hirsləndi. Usta onu başı üstə qaldırıb yerə vurdu. Camaat içərisində hay–küy qopdu. Hökmdar ustaya xələt, bəxşiş

verməyi əmr elədi. Sonra oğlana acıqlanıb danladı ki, öz ustadına vəfasız çıxdın və etdiyin iddianı da başa çatdıra bilmədin.

Oğlan dedi:

–Ey hökmdar, o, pəhləvanlıqda mənə üstün gələ bilməzdi, bəlkə

həyatı boyu məndən gizlətdiyi fənddən istifadə edib qələbə çaldı.

Hökmdar dedi:

–Demək, həmin fəndi belə bir gün üçün gizlədibmiş, zirək adamlar demişlər: «Dostu o qədər gücləndirmə ki, düşmənçilik fikrinə düşdükdə bir şey edə bilsin!». Eşitməmisənmi öz şagirdindən cəfa görmüş bir mürəbbi nə deyibdir?



Ya vəfa olmamış özü dünyada,

Ya onu heç kəsə etmir zəmanə.

Kimə öyrətdimsə ox atmağı mən,

Axırda qəlbimi etdi nişanəскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!