İntihar

İntihar
Sevgi Dünyası
10.09.2017 6
(İntihar edən bir qızın dilindən)

-
Bu mənəm, bir neçə dəqiqə əvvəl intihar edən şəxs. İntahardan sonra və
əvvəl yaşadığım hissləri, sizlərlə bölüşməyimə, icazə verdi Tanrı. Bunun
üçün minnətdaram yaradana, lakin vaxtım elədə çox deyil...

- İntahar:

- Xəzər sahilində son dəqiqələrimi yaşayırdım. Artıq bəlli idi, məxsus
olacağım yer.Bu gün dəniz çox həzin idi, sanki onda boğulacaq bir canlı
üçün layla çalırdı. O qədər halsız idim ki, əlimi qaldırıb, göz yaşımı
silə bilmirdim. Çox üşüyürdüm, halbuki qalın geyinmişdim əynimi. Artıq,
bu şəhərdə keçirdiyim hər saniyəni, zaman sərfi kimi düşünürdüm.
Bir-təhər əlimi qaldırıb, paltomun qolu ilə burnumun suyunu sildim.
Bir-iki addım önə gedib, şəhəri son dəfə izlədim. Bulvar bu gündə gözəl
görsənməyə çalışırdı. Gözümü yumub, cansız kimi görsənən bir bədəni suya
tulladım. Dənizə, ilk burnumun toxunduğunu hiss etdim...

- Su o qədər soyuq idiki, yalvarırdım Tanrıya, bir dəqiqə zamanı
geriyə çəkməsi üçün. Su, bədənimin hər bir nöqtəsini səssiz bir şəkildə
doğram-doğram edirdi. Həmin o suda keçirdiyim bir neçə saniyədə, bütün
gəncliyim gözümün önündə canlandı, bir fraqment kimi... 

- İlk düşündüyüm bu oldu: Kaş evə qayıda bilsəm,anam məni axtarar indi. Atam şəkər xəstəsidir, bilib üzülər. 

- Üzülər dedim?

- Üzür istiyirəm, ağlım, uşağlığıma getdi, məni kefsiz görüb, üzülər deyə.

- Hər şey artıq gec idi. Nə o son
bahar, nədə qarda üşüyən əllər qalmışdı. Bir neçə saniyə ərzində,
illərdi darıxdığımı hiss etdim. Həmin an uşaq kimi, anam bilib üstümə
qışqırar deyə çox qorxurdum. Arzular bitmək bilmir suyun
dərinliklərində. Kaş yenə uşağ olsam, gəlinciyimin bəzəyərkən, "qızım
tez ol, yemək soyudu" desə anam. Kaş yenə, evdə işıqlar sönərkən
"ad-soyad" oynunu oynuya bilsəm. Kaş.... Arzular bitməz, amma sən
bitərsən. Ölmək üçün tələsərsən, lakin dəniz buna məhəl qoymaz,
səssiz-səssiz kəsər vücudunu. 

- Düşünərsən, düşünərsən ki, sabah
olacaq, səhər açılacaq, amma mən daha olmuyacam. Hər gün davam edəcək,
hər gecə axşam düşəcək, amma mənim otağım kimsəsiz qalacaq...

- Hər kəsə qısqandığım bacım
evlənəcək, qızına mənim adımı qoyacaq, amma mən olmuyacam. Həyatda
deyil, hansısa yaxınımın adında yaşayacam. Atam siqaret çekməyə
başlayacaq yenə. Gündə mənimlə dalaşan böyük qardaşımda, otağın bir
küncündə hönkür-hönkür ağlayacaq, uşaq kimi lap...

- Və bağışlanmaq üçün gözlərinlə
yalvarıb, köçərsən həyatdan. Tanrıdan ilk və son istəyim, bunları yazmaq
üçün, istədiyim vaxt oldu. Beynində intihar fikri olan insanlara
çatdırın bu yazını, anlasınlar ölümün nə olduğunu azda olsa. Əgər
beyninizdə intihar fikri varsa, elə indicə öldürün onu. Onu öldürmək
günah deyil, and olsun... Əksinə yaşatmaq günah. Xahiş edirəm yaşayın,
yaşatmıyın onu düşüncənizdə...



Son olaraq:

- Səni sevirəm ata, məni bağışla ana. Ata sənki incimərsən məndən,
gəl yenədə incimə, sən əla atasan. Dünyanın ən yaxşı atası'sən'! Sizləri
sevirəm...

- Süleyman Əliyevскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!