İnternetdəki tanışlıq sevgiyə çevrilərsə...

İnternetdəki tanışlıq sevgiyə çevrilərsə...
Sevgi Dünyası
10.09.2017 4
Əvvəllər
evliliklər, tanışlıqlar başqa cürə olardı. Analar oğulları üçün qızları
ya hamamda, ya da, kiminsə toyunda bəyənərdilər. Ya oğlanlar özləri
məktəbdən ya da ki, kiminsə xalası qızının rəfiqəsini bəyənib tanış
olardılar. Sonra isə alınardısa münasibət daha da ciddiləşər və
toya qədər gələrdi. Amma indi isə fərqlidir. İnternet
dünyasında yaşayırıq və bir çox da tanışlıq saytları var. Bəzi gənclər
elə burdan tanış olur, öz yarını bu tanışlıq məkanlarından tapırlar.
Foxy də bu dəfə məhz internet üzərindəki tanışlıqlardan və ilk görüşdə
edilməməsi gərəkənlərdən yazır.



Kişilər 1 həftə, qadınlar 1 ay

İnternetdə
hansısa sosial şəbəkədə tanış olduqdan 1 həftə keçər-keçməz kişilər,
adətən, görüşə can atırlar. Buna cana atan kişiləri faizlə ifadə etsək
90% və daha artıq ola bilər. Qadınlarda isə tam əksidir. Zərif cinsin
nümayəndələrinin 90%-i ilk görüşün 1 ay və daha sonra baş tutmasından
yana olurlar.



İlk görüşdə telefondan uzaq dur

İlk
görüşdə telefona barmağının ucunu qoyaq bir kənara heç gözünün ucu ilə
də baxma. Çünki bu qarşı tərəfdə neqativ hisslər oyadır. Belə halda
qarşı tərəf özünü ya maraqsız hesab edir ya da qarşındakının görüşün tez
bitməsi üçün vaxtın bir an içində bitməsinə işarə edir. Bəzən isə qarşı
tərəf düşünür ki, "bəlkə məndən başqa da var"...Qarşı tərəfdə belə
neqativ düşüncələr formalaşdırmamaq üçün mütləq telefondan uzaq durun və
görüş vaxtını tamamilə ona ayırın.



İlk görüşdə sevgi

Cütlüklərin
80%-i ilk görüşün sevgiyə çevriləcəyinə ümidli olaraq gəlirlər görüşə.
Bu 80%-in də bir yaırsı inanır ki, mütləq sevgiyə çevrilən görüş olacaq,
30%-i isə düşünür ki, sevgi olmasa da, mütləq güclü hisslər yaşayacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!