Bir Dzen hekayəsi

Bir Dzen hekayəsi
Sevgi Dünyası
10.09.2017 8
Bir Dzen hekayəsini xatırlayıram:

İnsanların
monastırda nə etdiyini öyrənmək istəyən hər şeylə maraqlanan bir kral
ətrafından "ən məşhur ustad kimdir?" deyə soruşur. Bu günlərdə ən məşhur
ustadın Nan-in olduğunu öyrənir və onun monastırına gedir. İçəri daxil
olduqda bir ağackəsənlə rastlaşır. "Bu monastır çox böyükdür, Ustad
Nan-ini necə tapa bilərəm" deyir.

Odunçu bir neçə saniyə gözlərini bağlayıb düşündükdən sonra, "hazırda onu tapa bilməzsən" deyir.

Kral, "niyə indi tapa bilmərəm ki?" deyə soruşur.

O, "Dəxli yoxdur" deyə cavab verir. "Hər kimsənsə bu sənin öz işindir, əmin ol ki, indi onu tapa bilməzsən".

"Çöldədirmi?" - deyə kral sual verir.

"Yox, içəridədir" - deyə odunçu deyir.

Kral deyir: "Hər hansı bir işlə, ayin və ya zikrləmi məşğuldur? Nə məsələdir?"

Adam cavab verir: "O, indi sənin qarşında odun doğrayır. Və mən odun
kəsəndə, sadəcə odunçu oluram. Bu dəqiqə ustad Nan-in haradadır? Mən,
sadəcə bir odunçuyam. Gözləməlisən".

Kral düşünür: "Bu adam dəlidir, əsl dəli. Ustad Nan-in odun doğrayır?
Bir az qabağa gedir, odunçunu arxada buraxır, Nan-in isə işə davam edir.
Qış yaxınlaşır və odun lazımdır. Kral gözləyə bilər, amma qış gözləmir.

Kral bir saat, iki saat gözləyir və daha sonra arxa qapıdan ustad
xalatında Nan-inin daxil olduğunu görür. Kral ona baxır, odunçuya
bənzədir. Amma kral aşağı əyilir. Ustad oturur və sual verir: "Niyə
buraya gəlmək üçün bu qədər zəhmət çəkdin?".

Kral deyir: "Bir çox şeyə görə. Amma o sualları sonra soruşacam. İlk
öncə bilmək istəyirəm, sən bayaqkı odun doğrayan adamsanmı?"

Ustad cavab verir: "Mən indi ustad Nan-inəm. Eyni adam deyiləm, bütün
hər şey dəyişib. İndi burada ustad Nan-in kimi oturmuşam. Sən də bir
mürid kimi hörmət və təzim ilər suallar verirsən. Bəli oradakı odun
doğrayan adam mənə çox bənzəyirdi, amma o odunçu idi. Onun da adı Nan-in
idi".

Kral o qədər çaş-baş qalır ki, vermək istədiyi sualları vermədən ordan
ayrılır. Saraya geri gəldikdə köməkçiləri nə baş verdiyini soruşurlar. O
deyir: "Ən yaxşısı olanları unutmaqdır. Bu ustad Nan-in təmiz dəliyə
oxşayır. Ağac doğrayırdı və mənə "mən odunçuyam, ustad Nan-in indi uyğun
deyil" dedi. Daha sonra eyni adam ustad xalatında gəldi, suallar verdim
və cavabında mənə "bayaqkı adam odun doğrayırdı, bir odunçu idi, mən
isə ustadam", - dedi".

Saraydakı adamlardan biri deyir: "Siz onun demək istədiyi əsas məsələni
qaçırmısınız. Ağac kəsdiyi zaman o, tamamilə bu işə girişir. Ustad
Nan-in olmasını iddia edəcək heç bir şey qalmır, o, sadəcə bir odunçu
olur".Tərcüməsi
çox çətin olan Dzen dilində o tam olaraq "mən bir odunçuyam" demirdi,
"indi odun doğranır" deyirdi - Sadəcə odun doğranır və o bu işin içinə o
qədər girib ki, onun üçün, sadəcə odun doğranılır: "Odun doğrama işi
baş verir". O, ustad kimi gəldikdə isə, əlbəttə ki, artıq yeni bir qurğu
yaranır. Eyni hissələr artıq fərqli ahəngdədirlər. Yəni işin içinə tam
girsən, hər hərəkətdə fərqli bir insan olarsan. OSHO скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!