Ailədə xəyanət haqqında

Ailədə xəyanət haqqında
Sevgi Dünyası
10.09.2017 10
Xəyanət… Nədir xəyanət ? Xəyanətə heç uğradınızmı? Son zamanlar xəyanətə uğrayan ailələrin sonu dağılmaqla nəticələnir . Dəhşətlisi budur ki, bəzən də ölümlə nəticələnir . İnsan taleləri məhv olur. Biri əbədiyyətə, digəri isə ömürlük zindana təhrik olunur .

Bəs nə etməli ? Bu kimi hallari yaşamamaq ücün hansı yollara əl atmalıyıq . Kimlərdən yardım istəməliyik ? Nece edək ki, ailələr dağılmasın?

Gəlin hər hansı bir ailədə fərdlərdən asılı olmayaraq xəyanətə uğrayan insanları analiz edək. Hər iki tərəf, həm kişi, həm arvad onlara qarsı olan sevgi əksikliyindən şikayət edirlər və bu sevgisizliyi başqa kişidə və yaxud qadında tapırlar. Ailə daxilində münaqişə, ailədən kənarda isə yeni bir ünsiyyət, yəni bir sevgi baş qaldırır. Münasibət göstərən qadın və ya kişi də öz tərəfindən sevgidən şikayətlənir və yaxud sevgi ehtiyacı duyur. O insanları da analiz etsək, eyni dərdlərdən sevgisizlikdən xəbər verəcəklər. Sanki hər iki tərəfin dərdləri birmiş kimi davranıb sevgi yaşayırlar, dərdləşirlər. 

Əlbəttə ki, xəyanət zamanı ailələr dağılırsa, digər tərəfdə yeni bir ünsiyyət baş qaldırır. Ünsiyyət məhz bu mövzuda hər iki tərəfi bir birlərinə bağlayır. Demək xəyanətə qədər onları bir - birlərinə bağlayan hansısa bağlar tamamlanır və bir ailədə dağılmaq, digərində isə birləşmə yaranır.

Hər iki tərəf bir-birinin sevgi əksikliyindən şikayət edir. Bu kimi hadisələr intim yaşama da təsir edir və şübhələr baş qaldırır. Bəzən qadının hamiləlik dövründə kişilər, onlara olan diqqətin azlığını da əsas gətirirlər. Halbuki hamiləlik dövrində bəzi ərlər xanımlarını anlamadan onları sevgi gostərməməkdə günahlandırırlar. Bu isə onların ailə qurmaqlarına baxmayaraq, qadının hamiləlik dövrləri haqqında daha az maariflənməmələrini isbat edir. Belə hallarda qadının hamiləlik dövründə keçirdiyi çətin halları sevgisizliklə günahlandıran ərlər məncə problemləri özlərində həll etsələr daha yaxşı olar. Qadının hamiləlik dövründə ərlər onlara daha yaxın olmalıdırlar, çünki bu dövr qadının ən çətin dövrüdür. Amma bəzən heç də belə olmur.

Axı xəyanət illərdir, əsrlərdir yaşanılır və öz arxasında heç də xoşa gəlməyən faciələr buraxır. Niyə bəs zamanla yenə təkrarlanır? Səbəblər də fərqli-fərqli. Xəyanət bir tərəfə ayrılıq, digər tərəfə isə sevgi gətirir. Ailədə konfliktlər baş qaldırır, münaqişələr başlayır."O səndən yaxşıdır","Sən yaxşı olsaydın", kimi sözlər hər iki tərəfə səslənir.

Statistika göstərir ki, xəyanətə uğrayan xanımların ərləri öz xanımlarından qat - qat aşağı səviyyədə olan qadınlarla, xəyanət edən xanımlar isə ərlərindən daha səviyyəli, hörmətli, şiddət göstərməyən , əyyaş olmayanlara ünsiyyət qururlar. Hətta ailəni yarım qoyub evlərini tərk edirlər.

Xəyanətə uğrayan ailələr də var ki, bu kimi situasiyalarda nəinki dağılmır, əksinə həyat imtahanından uğurla çıxırlar. 

Mən nə qadın, nə kişiləri günahkar və yaxud müdafiə etmirəm. Real həyatdan gördüklərimizi deyirəm. 

Onu da qeyd etmək istəyirəm ki, həyatda hər bir kişinin arxasında bir qadın, hər qadının da arxasında isə bir kişi dayanır.

Allah bütün ailələir mehriban və xoşbəxt eləsin!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!