Ananın peşmanlığı

Ananın peşmanlığı
Sevgi Dünyası
10.09.2017 55
Ana bütün günü dəcəl oğlundan şikayətlənərdi: " Bu uşaq deyil, bəladı. Nə günah sahibiyəm, belə uşaq doğmuşam". Təzəcə sözünü bitirmişdi ki, səs- küy eşitdi. «Allah bilir nə hoqqa çıxartdı yenə» — deyə fikirləşərək tez mətbəxə cumdu. Gördü oğlu mərci ilə düyünü bir — birinə qatıb, özü də oturub üstündə. Bİr azdan uşaq əlinə çəkic alaraq mebelə vurmağa başladı.Ana :

-Ay bala, məni öldürməkmi istəyirsən, adamı nə qədər hirsləndirmək olar? Mebeli qırdın.

— Mebeli düzəldirəm, ana, sınıb.



Ana çəkici təzəcə yerinə qoymuşdu ki, uşaq yan otağa keçib, stulu tərsinə çevirib, sürüməyə başladı.

— Stulu qoy yerinə, əlimə keçsən səni pis döyəcəm!

— Maşın sürürəm, sən də qoymursan,, elə bil polisdi.



Ana haldan düşmüşdü. Günün başa çatmasını arzulayırdı ki, uşaq yatsın, o da bir az dincəlsin. Gün ərzində nə qədər karvalol içərlər. Bir azdan rəfiqəsi onlara gəldi. Ana onu görcək dərdi açıldı.:

-Mən bunu gərək doğmazdım. 10 il ömrüm vardısa 5 il oldu. Həyatımı məhv edib, insan kimi yaşaya bilmirəm.

— Düzələr, elə demə, bizimki də elə idi.

— Hara düzəlir, 4 yaşın içindədi. Qozbeli qəbir düzəldər, bunun öhdəsindən qəbir də gəlməz.



Qonaq gələndən sonra uşaq özünü lap pis aparmağa başladı. İndi divanın başına çıxır və oradan da döşəməyə tullanırdı.

— Çətin uşaqdı, bir az döz, gələn il bir az böyüyər, yaxşı olar, inşallah.

— Demək asandı, bunu doğduğuma peşmanam.



Axşam oldu. Uşağı yatağına apardı:

— Tez ol, yat.

Uşaq:

— Ana, mənə nağıl danış. De «Canavar» nağılını.

— Nə nağıl, yat görüm, yorulmuşam, yatmağı da zülümdü, ay Allah.

Uşaq yatdı. " Şükür Allaha" — deyə düşündü." Camaat balasına laylay oxuyar, məndə səbir qoyub ki, buna nağıl danışım, ya laylay deyim"

Səhər uşaq yuxudan gec durdu. Ana yaxınlaşdı:

-Niyə durmursan?

— Yorulmuşam.

-İndi ki, oyandın? — ana fərqinə varmadı.



Gördü ki, uşaq yerindən tərpənmir. «Bu nədir?»- fikirləşərək çarpayıya yaxınlaşdı. Uşaq od tutub yanırdı. «Ola bilməz.» — ana səsləndi. Hərarəti 39 yarım idi. Nə lazım idisə elədi. Həkimi evə çağırdı. Boğazı qıpqırmızı idi. Həkim resept yazdı. Gün ərzində uşaq yataqdan durmadı. Ev üstünə gəlirdi. Sükütdan boğulurdu. " Bu nə səssizlikdi? Istəmirəm belə. Qoy balam səs — küy eləsin, dəcəllik etsin, amma belə hərəkətsiz uzanmasın" — o hıçqırmağa başladı. Çarpayıya yaxınlaşdı:

— Niyə ağlayırsan, ana.

— Ağlamıram, canın çoxmu ağrayır.

— Sümüklərim ağrayır. Ana, mənə " Canavar " nağılını danış.



Bu sözləri eşitcək, ana lap kövrəldi, göz yaşlarını saxlaya bilmədi. Dünən balasının xahişini yerə salmışdı, onun haqqında rəfiqəsinə nələr deməmişdi. Bəlkə " Onu doğduğuma peşmanam " — dediyinə Allah onu cəzalandırmışdı. Bu fikirlər onu qorxutdu. «Hər şeyə dözərəm, cəhənnəm olsun bu mebel, bu ev — eşik, onları birdə ala bilərəm, balama heç nə olmasın. » — deyə düşünərək, oğlu qorxmasın deyə tez özünü ələ aldı və " Canavar" nağılını danışmağa başladı. Balası yatdı, o necə də məsum idi. Birdən dünənki sözləri xatırladı. :" Camaat balasına laylay oxuyar, məndə səbir qoyub ki, buna nağıl danışım, ya laylay deyim" — " Görürsən,Allah adama necə səbir verir " — deyə düşündü.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!