Pul-hər şey demək deyil!

Pul-hər şey demək deyil!
Sevgi Dünyası
10.09.2017 16
Bir
gün Allahın Rəsulu, sevimli peyğəmbərimiz Məhəmməd (s.a.a) ümmətini,
möminləri bir yerə yığaraq, gözəl dinimiz haqda insalara danışırdı.
İmanlı insanlar sakitcə oturub, çox diqqətlə Onu (s.a.a) dinləyirdilər
ki, birdən qapı açılır və içəri bir kasıb ixtiyar daxil olur. Onun
pal-paltarına baxanda çox kasıb olduğu görsənirdi. Gecikdiyini görən
kasıb, sakitcə boş yer axtarmağa başladı. Bu zaman şəhərin ən tanınmış
zəngin bir adamın yanında boş yer olduğunu görür və ora tərəf gedir.
Bunu görən zəngin ağız-burnunu əyərək, pal-paltarını özünə tərəf çəkir
və narazı şəkildə dodaqları ilə nəsə də deyir. Kasıb pis olsa da ona
fikir vermir və sıxılaraq bir küncdə oturur. Bunu görən Peyğəmbər
(s.a.a) çox sakit bir tərzdə deyir:

- "Sən qorxdun ki, onun kasıblığı sənə də keçər?”

Zəngin bu sualı gözləmirdi, özünü itirərək deyir:

- "Xeyir, ey Allahın Rəsulu”.



- "Bəs onda qorxdun ki, sənin var-dövlətinin yarısı onun olar?”

- "Xeyir, Ya Peyğəmbər”.



- "Hə, bildim, onda sən qorxdun ki, birdən o sənin paltarını çirkləndirər, düzdü?”

- "Xeyir, Ya Allahın Rəsulu”.



- "Bəs onda sən niyə bu hərəkəti etdin?”



Bu zaman zəngin öz hərəkətindən utanaraq dedi:

- "Ya Rəsulallah, mən Allahın iznilə öz var-dövlətimin yarısını ona verəcəm, bəlkə onda Allah məni bağışlayar”.



Sıxılıb bir kənarda oturan kasıb birdən bunu eşidərək, mərd deyir:

- "Yox, yox!!! Səni bu cür edən və insanlığını unutduran pulların mənə lazım deyil. Həyatda puldan dəyərli insanlıqdır.”



Zəngin
başını aşağı salır və etdiyi hərkətə görə peşman olur. Bu zaman
Peyğəmbərimiz Məhəmməd (s.a.a) əlini kasıbın çiyninə qoyaraq deyir:

- "Sən bizim aramızda olan insanların içərisində ən zənginisən”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!