Bir qadın,pəncərə və yağış...

Bir qadın,pəncərə və yağış...
Sevgi Dünyası
10.09.2017 21
Bir Qadın Vardı...
əslində o həmişə vardı, içimdə yəni, bir müddətdir elə gəmirib
dayanırdı ruhumu, içdən içə dağılırdı, bir az nəmli dəsmal dadındaydım.
İndi elə bir dolanır ki, ürəyimin qapılarında, "buyur gir, hansından dilərsən, oradan gir"deməyim gəlir, amma edə bilmirəm nədənsə...



Onu
həmişə gülərkən görürəm. Yaraşır çox zaman, gəlincə üzündə izah
ediləcək bir ifadəsi olur, gözümdə daha da doğmalaşır, get-gedə böyüyür
və mən onun böyüklüyünü kiçildiyimdən çox rahat anlaya bilirəm. Bir
qadın əslində o yaşlı deyil əlbəttə, ən körpə halında əslində, ən saf,
ən günahsız, ən mehriban... Həmişə o ən'lərə uyğun ola bilər bir
bütünlükdə... Parçalara belə bölsəniz yüzlərlə insan çıxa bilər
bədənindən, sanki itkin, sanki heç çizilməmiş şəkil kimi və heç
çəkilməmiş bir fotoşəkil kadrı kimi... Əslində o böyük bir qadındır,
böyüdükcə kiçildiyimi hiss etdirəm...



"Yağış dənələri görünür pəncərəmdən, get-gedə hər şey olmaqda!"

Sevirəm
yağış damcılarını, çünki yalnızlığımı indi onlarla paylaşıram, hər biri
sanki bədənimi təmizləyir. Ruhumu get-gedə ona hazırlayırlar, elə hiss
edirəm, çünki səbəbim olurlar... Sanki davamlı bir tövsiyə halındadırlar
ürəyimə doğru, "doğru yoldasan, durma ona qaç" deyər
kimi... Yağış dənələri vurur şüşəyə, sanki onun qapıma vurması kimi,
sanki onun bədəni bədənimə toxunur kimi... Elə bir şey ki, bu qəribə,
yalnız qəribə, çox qəribə...



Yağış dənələri pəncərəmdən ürəyimin qapılarına axır, bir fotoşəkil kadrı kimi..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!