Bəlkə, sən Murakaminin romanında yaşayırsan?

Bəlkə, sən Murakaminin romanında yaşayırsan?
Sevgi Dünyası
10.09.2017 10
Bir
fil qəribə formada yoxa çıxır. Evinə qayıdanda səni div bir qurbağanın
gözlədiyini görürsən. Pişik qeybə çəkilir. Göy üzündə eyni vaxtda iki Ay
yüksəlir. Həyat yoldaşın birdən-birə itir. Qəribə bir adam səndən bir
qoyuna rast gəlib-gəlmədiyini soruşur və ya bir qadın həyatının 10
dəqiqəsini tələb edir.

 

Ətrafına bax! Aşağıdakıları oxu!

 

*Qəhvəni tünd və südsüz içirsən.

 

*Keçmiş caz vallarını çox sevirsən.

 

*Yad
adamlarla mənəvi bağlılıq hiss etmədən yaşadığın seks sənə normal
gəlir. Belə bir təcrübəni dostuna danışmağa çalışsaydın, soyuq bir
dildən istifadə edərdin. Ancaq bunu edə bilməzsən, çünki heç dostun
yoxdur.

 

*1960-cı
illər... Tünd qəhvə, günortadan sonra baş tutan hissiz sevişmələr -  bu
tip bəsit zövqlər yaşamaq xoşuna gəlir. Ancaq bilirsən ki, 1960-cı
illərdə yaşasaydın belə, yenə də yalnız olacaqdın.

 

*Günlərini "necə edim ki, daha real bir həyat yaşaya bilim?” sualını götür-qoy edərək keçirirsən.

 

*Bəxtsizsən, ətrafındakı hamı kobuddur. Onlar diqqətinə layiq olmayan insanlardır.

 

*Bir tanışın var. Ancaq tamamilə sənin ziddindir.

 

*İçində
olduğun məkanları qüsursuz şəkildə təsvir edə bilirsən. Ancaq növbə
hissləri təsvir etməyə gələndə çox bacarıqsız olursan.

 

*Bir qadına edə biləcəyin ən böyük "kompliment” onunla yatmamaqdır.

 

*Bir
nəfər var, o sənin alnının yazısıdır. Onunla münasibətin yalnız eşqdən
ibarət deyil. Kainat sən onunla qarşılaşa biləsən deyə yaradılıb.

 

*Evini
tərk edib nəyinsə arxasınca düşmüsən. Ancaq axtardığın şeyin nə
olduğunu sən də bilmirsən. Beşulduzlu mehmanxanalara, kiçik qəsəbələrə,
dağ başında yerləşən ruhi dispanserə gedirsən. Sonra gözləməyə
başlayırsan. Ancaq olmağını gözlədiyin şeyin çoxdan baş verdiyini görmək
üçün mütləq evinə qayıtmalı olursan. 

 

Bunlardan
ən azı biri sənin də başına gəlibsə, yapon yazıçısı Haruki Murakaminin
hər hansı romanının və ya hekayəsinin qəhrəmanı ola bilərsən. Bəlkə, sən
Murakaminin yaratdığı onlarla obrazdan birisən. Elədirsə, kədərlənməyə
və fəlakətlərə hazır ol! Həyatının qadınını tapsan belə, sonda xoşbəxt
ola bilməyəcəksən. Çünki Murakaminin yaratdığı kainatda həmişə nəsə
əskik qalır.

 

Qeyd
edək ki, bu maraqlı test "The Toast” adlı saytda yayımlanıb. Orada qeyd
edilənə görə, bu test təkcə kişilər üçündür. Çünki Murakami romanının
içindəki qadın olsaydınız, çoxdan yox olmuşdunuz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!