İnsan sevmək fəlakətinə düşdüsə, əsir kimi bir şey olur

İnsan sevmək fəlakətinə düşdüsə, əsir kimi bir şey olur
Sevgi Dünyası
10.09.2017 7
Dibi
görünməyən quyulara atılan daş çıxardığı səslə dərinliyi göstərdiyi
kimi başqalarının kədəri də bizim ürəklərimizə düşəndə çıxardığı səslə
bizə insanlığımızın dərəcəsini öyrədir.




istədiyini və nə edəcəyini bilən səkkiz-on işıqlı insan qaranlıq
fikirli, qaranlıq məqsədli cahil sürülərini istədiyi kimi idarə edə
bilər.



Məncə, ömrümüzün gəmisini istədiyimiz sahilə aparmaq üçün onun sükanını ələ almaq kifayətdir.



Yollar görünməz qayalarla doluymuş. Onlara dəyməmək lazım imiş...



Gizli
rüzgarlar var ki, insan onlara qapılanda yolunun necə dəyişdiyini,
getdikcə yolundan uzaqlaşdığının fərqinə varmır. Ta ki başqa sahillərdə
özünü görməyənə qədər.



Ən qədim zamanlardan bəri din həmişə zülm və ziyana vasitə olub.



Nə qədər acı olur-olsun, insan bir məcburiyyəti qəbul edəndən sonra içinə sükut və təvəkkül gəlir.



Haqsızlığa, təhqirə qoyun kimi dözməmək insanlığın başlanğıcıdır.



İnsan sevmək fəlakətinə düşdüsə, əsir kimi bir şey olur.



Quşlar
nə istədiklərini bilməyən, yazıq, ağılsız məxluqlardır. Qəfəsdən qaçana
qədər kədər içində qıvrılırlar. Ancaq, elə bilirsiniz, azadlıqda
xoşbəxt olurlar?



Çirkinin ağzındakı gözəl söz acizin ağzındakı haqlı söz qədər boş və lazımsızdır.



Mənzərələr, xatirələr, çöhrələr insandan uzaqlaşanda gözəlləşir, şairanələşir, fərqli buludlara, rənglərə bürünür.



"İnsan
yeddi yaşında necədirsə, yetmişində də odur!” deyirlər. Ancaq
yeddisində nədirsə, on yeddisində, iyirmi yeddisində o deyil. Məsələn,
yeddisində qorxaq olana, on yeddisində bir cəsarət gəlir, qanı qaynayır.
Amma qırxdan sonra damarlar qalınlaşdıqca əvvəlki qorxaqlıq yenə
deşiyindən burnunu göstərir.



Yeriməyə başlayan fikirləri yollarından döndərmək mümkün deyil.



Deyirlər ki, eşq birinə səni yox etmə qüdrəti verib, bunu istifadə etməyəcəyinə etimaddır.



Kədərdə gizli bir şəfqət var. Şikayət etməyənlərə, onu gülər üzlə qarşılayanlara qarşı daha az zalım olur.



İnsan
yaşadığı insanlara görünməz incə tellərlə bağlanırmış. Ayrılıq vaxtı bu
bağlar gərilməyə, qopan kaman telləri kimi ağrılı səslər çıxarmağa
başlayır. Hər insan çıxdığı qəlbə ayrı bir ağrı qoyub gedirmiş. Bunu
yazan şair nə qədər haqlıymış!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!