Ağıl və bacarığın gücü

Ağıl və bacarığın gücü
Sevgi Dünyası
10.09.2017 10
Bir
adam Microsoft şirkətinə iş üçün müraciət edir. Girmək istədiyi işdə
Tualet təmizləyicisidi. Şirkətin menecerlərinin biri ilə görüşüb və
menecer ona tualeti göstərib onu təmizləməsini istəyir (test olaraq).
Adam təmizləyir və menecer razı qalır. Hansı gün, saat neçədə
işləyəcəyivi e-mail adresinə göndərəcəm deyir. Adam kompüterim yoxdu və
elə ona görədə e-mail də yoxdu deyir. Menecer, bağışlayın amma
e-mailiniz yoxdursa sizi işə götürə bilmərəm deyir.

Adam çarəsizcə şirkətdən
qırağa çıxır və nə etsəm deyə düşünərkən cibindəki 10 dollarnan 20 kilo
albalı almağa qərar verər. Qapı qapı gəzərək albalıları satır və 2 saat
ərzində albalıya verdiyi pulun iki qatını qazanır. Belə albalı satmaqla
çörək pulumu çıxarda bilərəm deyir və hərgün səhərdən axşama kimi qapı
qapı gəzib işini görür. 

İşlədikcə pulu artmağa başlıyır, özünü balaca bir yük maşını alır və
satmağa davam edir. Vaxt keçir artıq bir neçə yük maşını alır.

5 il keçir...

Bu adam artıq
Amerikanın ən böyükləri arasında sayılan bir nəqliyyat şirkətinin
sahibidin. Bir gün ailəsinin gələcəyini düşünərək sığorta şirkətinin
birinə müraciət edir. Sığorta şirkətində işləyən işçi ondan e-mail
adresini istəyir. E-mail işlətmədiyini söyləyir adam. Maraqlıdı
e-mailiniz yoxdur və bir Holdinginiz var. Gör indi e-mailiniz olsaydı nə
edərdiniz! Cavabında adam deyir, e-mailim olsaydı bu dəqiqə Microsoft
şirkətində tualet təmizləyirdim..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!