İki yanaşı ev

İki yanaşı ev
Sevgi Dünyası
10.09.2017 14
İki yanaşı ev; birində həmişə dava, digərində sakitçilik. Növbəti dəfə ər-arvadın davası zamanı arvad kişiyə deyir:

- Sən bu vaxta qədər qonşuların dava etdiyini, söyüş söydüklərini
eşitmisən? Mən eşitməmişəm, get öyrən görək onlar necə yaşayırlar.

Kişi qonşunun pəncərəsinin altında gizlənib evi izləyir. Qonşu
evdəkilər hərəsi öz ilə məşğul idi: arvad mətbəxtdə, kişi stolun
arxasında nəsə yazır. Birdən telefon zəng çalır, kişi tez durur telefona
tərəf qaçır. Bu zaman ayağı stola ilişir vazanı salır yerə. Kişi əyilib
tez-tez qırıqları yığır, arvadı bu səsə mətbəxdən qaça-qaça gəlir və
əyilib sınıqları yığmağa ərinə kömək edir. Ər arvadına deyir:

- Bağışla əzizim, telefonu götürmək üçün tələsdim, ayağım ilişdi, sındırdım.

- Yox əzizim, günahkar mənəm, mən onu düz qoymadım, sən də ilişdin.

Onlar sınıqları yığışdırdılar və hərə öz işinə qayıtdı. Kişi öz evinə gəlir, arvadı maraqlandı:

- Sakit evin sirrini öyrəndin?

- Hə öyrəndim, onlarda ailədə hər ikisi də günahkardır, amma bizdə isə həmişə hər ikimiz də haqlı oluruq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!