Qorxurdum

Qorxurdum
Sevgi Dünyası
10.09.2017 10
Qorxurdum...
Zəifliyimdən çox qorxurdum. Birinin məni yıxmasından, qalxmağa
çalışdığım zirvədən düşəcəyimdən qorxurdum. Dost satqınından, sevdiyim
şəxslərin məni itələyib darda qoyacaqlarından qorxurdum. Həyatımın böyük
yalan olmasından qorxurdum. Daha qalxmayacağımdan çox qorxurdum.

Qorxum arxamda
dayanmışdı. Hər addımımda izləyirdi məni. Mən bir az zəifləyən kimi
canıma hopmağa çalışırdı. Budur, taqətdən düşürəm, dostlarım gülərək
mənə baxır, tarazlığımı itirərək yıxılıram, sevdiyim şəxslər qəhqəhə
çəkərək məndən uzaqlaşır. Qorxu isə sanki hər şeyin belə olacağını
əvvəlcədən bilirmiş kimi mənə yaxınlaşırdı. Yox, mən buna imkan verə
bilməzdim. O mənə qalib gələ bilməzdi, cəhd etməliydim, onunla mübarizə
aparmalı idim. Gözlərimdən yaş axsa da, gülümsədim. Mənim paxıllğımı
çəkənlərin, məni yıxanların acığına güclü olmalı idim Qollarıma qüvvət
gələrək bədənimi qaldırmağa çalışdım. Yenə və yenə.. Aha alınır,
deyəsən. Yox, yox, yenə yıxıldım, qorxum məni itələmişdi. Durmalıydım.
Məğlub olmayacaqdım mən! Cəhd, yenə cəhd. Alınır, aman Tanrım, alınır.
Yarı oturaq vəziyyətdə durdum. İndi ayağımla durmağa çalışmalıydım.
Qorxuya baxdım. Təəccüblənmişdi, gözləmirdi bunu, amma yenə iyrənc
dişlərini göstərərək məni itələməyə çalışdı. Bu dəfə bu üsul işə
yaramayacaqdı. Artıq öz ayaqlarım üstdə idim və güvənim özümdən başqa
heç kimə idi. Geniş təbəssümlə ona yaxınlaşıb divara sıxdım. Nəhayət,
qalib gəlmişdim qorxuma. O bunu gözləmədiyi halda uduzmuşdu. Barmağımla
bədəninə toxunduqda gözlərim önündə yanıb közərməyə başladı. Qışqırıb ah
- nalə edirdi. Mən isə zəfərimlə şadlıq edirdim. Yanan qorxudan
qığılcımlar yaranmışdı, rəqs edə - edə uçuşurdular. Onlar mənim yeni
uğurlarım, qələbələrim, sevinclərim, xoşbəxtliklərim idi. . .

" Uğura çatmaq
istəyirsən? Bu o qədər də asan deyil, dost. Uğura gedən yolda çoxlu
səhvlərin olacaq, lakin qətiyyən yoldan dönmə. Doğruların da olacaq və
yenə yanlışlar edəcəksən, hansı ki doğrularının üstündən xətt çəkəcək.
Səni yıxıb darda qoyan, zərbə endirən dost, yaxınların olacaq. Amma sən
təslim olma, dur! Yol hələ qabaqdadır... Gözlərini qapa və aç.. Budur,
uğur sənindir!"скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!