Bilmirsən...

Bilmirsən...
Sevgi Dünyası
10.09.2017 5
 

Bir uşaq kimisən indilərdə,
Məni üzmək üçün müxtəlif dəcəlliklər edirsən!
Bir uşaq kimi düşüncəsiz və mənasız hərəkətlərlə,
Məni özündən,
Soyutmağa çalışırsan!



Halbuki bilmirsən!
Mənim səndən daha uşaq olduğumu!
Sənin bütün tündxasiyyətliklərini görməməzlikdən gələrək,
Və səni bir uşağın o ən müdafiəsiz masumiyyətiylə seyr edərək,
Sənə ürəyimdə,
Tərtəmiz sevgilər yığıb,
Səni bütün incimələrimə baxmayaraq,
Bütün səmimiliyimlə sevdiyimi!



Halbuki bilmirsən!
Səninçün,
Ətrafı bir-birinə qatıb ağlayan,
Anasına həsrət,
Kimsəsiz bir uşaq kimi,
Dəlicəsinə darıxdığımı!



Və bilmirsən!
Bir gün içimdəki həsrətlə birlikdə,
Zamanın keçəcəyini,
Mənim böyüyəcəyimi,
Lakin zamana baxmayaraq,
Həsrətimin hər keçən gün daha da çox alovlanaraq,
İçimi hər keçən gün daha çox ağrıdıb,
Yandırmağa davam edəcəyini,
Və sənə olan həsrətimin əsla dayanmayacağını!



Xoşbəxt anların dəyəri xaricində,
Ümidlərin də gün gəlib itəcəyini!
Ən sonunda o heç gözlənilməyən an gəlib çatdığında,
Ürəyimə basdırdığım həsrətlərimlə birlikdə,
Mənim də yaşayan hər canlı kimi,
Sonsuzluğa qarışıb tükənəcəyimi!



Əsl olanın,
Hər şeyə baxmayaraq sevə bilmək olduğunu,
Və sevə bilən bir ürəyin,
Dünyanın ən şanslı,
Və ən zadəgan ürəyi olduğunu,
Bilmirsən!



Sevə bilmək nədir?
Bilmirsən!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!