Ən gözəl sevgi romanları

Ən gözəl sevgi romanları
Sevgi Dünyası
10.09.2017 15
Sevgi
macəraları bir-birinə bənzəmir, onların hər birinin öz tarixçəsi var.
Biz səhv edirik, təcrübə qazanırıq və ən əsası, ülvi hisslər yaşayırıq.

Yazıçılar öz kitablarında bu hissləri oxucuya çatdıra bilir, onları eşq yaşamağa ruhlandırır...



1. Marqaret Mitçel "Küləklə sovrulanlar” - Sevmək üçün haqlı olmaq vacib deyil!

Roman
güclü, gözəl, incə, cazibədar və cəsarətli bir qadının həyat hekayəsi
barədədir. Onun uşaq səmimiliyi və həyat eşqi istənilən qadağalarla
bəhsə girə bilər. Əsərin qəhrəmanı Skarlet çox şıltaq və çılğın bir
qızdır. O, Eşlini qarşılıqsız olaraq sevdiyi halda, onu həqiqətən sevən
Ret Batlerin sevgisini görmür və ondan sadəcə olaraq istifadə edir.
Skarlet nümunəvi qız olmasa da, Ret onu olduğu kimi sevir. Amma bu gözəl
qadına laqeyd yanaşmaq mümkün deyil. Əsərdəki hadisələr çılğın sevgi və
nifrətin fonunda baş verir.

 

2. Frensis Skott Fitscerald. "Böyük Qetsbi” - Məhəbbət dözümlüdür!

Amerikan
yazıçısı Skot Fitsceraldın "Böyük Qetsbi”­si caz əsrinin ən məşhur
əsərlərindən biri hesab olunur. Roman 1925 ci  ildə, yazıçı Parisdə
yaşayarkən işıq üzü görüb.

Roman
Böyük Qetsbinin böyük xülyaları, sevgisi və tənhalığı haqqındadır.
"Böyük Qetsbi” yüksəklərə qalxan, hakimiyyət və var­dövlətin xoşbəxtlik
gətirəcəyinə ürəkdən inanan və ən böyük arzusunun gerçəkləşməsinin bir
addımlığında olan güclü bir insanın həyat hekayəsidir. Bütün bunlara
nail olmaqda onu bir qadına olan sevgisi ilhamlandırıb. Böyük Qetsbinin
aşiq olduğu qadın Deyzi onun sevgisinə layiq ola bilmir, amma o, faciəli
finala qədər öz məhəbbətinə sadiq qalır.

 

3. Rəşad Nuri Güntəkin "Çalıquşu" - Məhəbbət inkişaf edir..

Romanda
əsərin qəhrəmanı Fəridənin simasında çətin və məşəqqətli həyat tərzinə
baxmayaraq, öz məhəbbətinə sədaqət hissini qoruyub saxlayan əsl türk
qızının obrazı bədii ustalıqla qələmə alınıb. Fəridə dəlicəsinə aşiq
olsa da, taleyin sınaqlarına hazır olmadığı üçün uzun illər çıxış yolunu
Kamrandan qaçmaqda görür. Lakin bu məhəbbət onunla birlikdə böyüyür,
nəticədə, qız qüruru ilə barışmağı öyrənir. Roman hər kəsə sədaqət dərsi
öyrədir.

Orta
fransız dini məktəbini yenicə bitirmiş bir qızın dilindən, gündəliyi
şəklində verilmiş bu roman Azərbaycanda ən çox sevilən əsərlərdən
biridir.



4. Şoderlo De Laklo "Təhlükəli əlaqələr" - Sevgi ilə zarafat etmirlər.



Vikont
de Valmon aşiq olduğu dindar xanım de Turvelin məhəbbətini qazanmaq
üçün qəddarlığa və hiyləgərliyə əl atır. Bu, ona məqsədinə nail olmağa
imkan verir, lakin o, sınaqlardan üzüağ çıxmır.

 

5. Ceyn Ostin "Qürur və qərəz" - Məhəbbət özümüzü kəşf etməyə imkan verir.

"Qürur
və qərəz” ingilis yazıçısı Ceyn Ostinin ən məşhur əsəridir. Əsər
yoxsul, xaraktercə qürurlu qadının həyatından bəhs edir. Kişi
hisslərinin səmimiyyətinə inanmayan qadın qərəzi əsərin əsas mövzusunu
təşkil edir. Kitabın qəhrəmanı hissləri və əqidə məngənəsi arasında
qalıb. Üstəlik, cəmiyyət onu sıxır. Belə təzyiqlərə yalnız güclü insan
qalib gələ bilər. Nəticədə, hər kəs qəhrəmanın qələbəsi ilə razılaşmağa
məcbur olur. Yeri gəlmişkən, qeyd edək ki, bu əsər Azərbaycanda ən çox
satılan əsərlərdən biridir.

 

6. Elizabet Gilbert "Ye, dua et, sev” - Sevgi siz ona hazır olanda gəlir.

"Ye,
dua et, sev” kitabı Elizabet Gilberti məşhurlaşdıran əsərdir. Bu kitab
qəhrəmanın çətin boşanma mərhələsindən sonra uzun bir səyahətə
çıxmasından bəhs edir. Elizabet Gilbert hər şeydən imtina edəndə özünə
yeni eşq tapır. Bunun üçün xeyli cəsarət və səbir tələb olunur.

Əsər
qısa zaman ərzində, otuzdan artıq dilə tərcümə olunaraq beynəlxalq
bestellerə çevrilib. Kitab müəllifi o qədər məşhurlaşdırıb ki, 2008-ci
ildə keçirilən ümumi sorğulara əsasən, o, dünyanın ən nüfuzlu yüz
adamından biri seçilib. Bu kitabı adi oxuculardan tutmuş, senatorlar,
prezidentlər, yazıçı və məşhur aktyorlar da oxuyub.



7. Frederik Beqbeder "Məhəbbət üç il yaşayır” - Sevgi düşünməyə məcbur edir.

Alimlər
hər zaman məhəbbətə müəyyən ömür biçir. Bəziləri 2 il 68 gün, bəziləri 3
il, bəziləri isə sonsuz olduğunu deyir. Romanın baş qəhrəmanı kübar
həyatdan yazan jurnalist Mark Marronye isə əmindir ki, məhəbbət üç il
yaşayır. O, iddia edir ki, əvvəl insanlar bir-birini ehtirasla, sonra
incə və dostcasına sevir və nəhayət, bir-birinə darıxdırıcı olurlar.
Romanın birinci hissəsində təsvir olunan belə baxışların səbəbi həyat
yoldaşının ona qarşı laqeydliyidir. Evliliyinin üçüncü ilində Anna az
qala onda ikrah hissi oyatmağa başlayır, o isə başqa bir qadına -
Alisaya dəlicəsinə vurulur. Alisa da onu sevir, lakin başqası ilə
yaşadığına görə, Markla gizlincə görüşür. O isə öz növbəsində,
məhəbbətin üç ildən sonra bitəcəyinə və ayrılacaqlarına tamamilə
əmindir. Romanın sonunda baş qəhrəman yazır ki, Alisa ilə artıq üç ildir
ki, birlikdədir və o, birgə həyatlarının üçilliyini qorxu içində
gözləsə də, məhəbbəti əvvəlki kimi güclüdür.

 

8. Şarlotta Bronte "Ceyn Eyr” - Sevgi insanı mətinləşdirir...

Əsərin
baş qəhrəmanı Ceyn Eyr yetim, kasıb bir qız olmasına rəğmən, çox
qürurlu və müstəqil insandır. O, Roçester malikanəsinə ev sahibinin
qızına müəllimlik etməyə qəbul olunur. Elə ondan sonra Ceyn Eyr və
mister Roçesterin arasında məhəbbət yaranır. Onlar evlənməyə hazırlaşır.
Lakin toy günü elə bir sirr açılır ki, Ceyn Eyr malikanəni tərk edib,
mister Roçesteri unutmağa çalışır. Lakin əsl məhəbbət heç vaxt
unudulmur. Bir-birindən uzaq məsafədə yaşasalar da, onlar bir-birlərinin
qəlbinin səsini eşidir. Əsər əsl sevgi, sədaqət haqqında yazılmış ən
gözəl romanlardan biridir.

 

9. Sesilya Ahern "P.S. Səni sevirəm”

Avropada
məhəbbət romanlarının ulduzu kimi tanınan irlandiyalı yazıçının debüt
əsəri bestsellerlər siyahısındadır. Romanın qəhrəmanları Cerri və
Hollini ölüm ayırır. Əsərin əsas mövzusunu da əri Cerrini itirən otuz
yaşlı Hollinin yaşadığı ağır günlərindən bəhs edir. Elə bu vaxt poçtla
sağlığında həyat yoldaşının ona yazdığı məktubları alır. İndi bu
məktublar onu Cerri ilə bağlayan yeganə tellərdir. Ancaq iki şərti
gözləmək zəruridir: on iki məktubun hərəsi bir ayda açılmalı və içindəki
tapşırıqlara mütləq əməl olunmalıdır.

 

10. Erix Mariya Remark. "Üç yoldaş" - Sevgi yaşadır.

"Üç
yoldaşda” müharibədən sağ çıxmış, yeni, dinc həyata başlayan gənclərin
cəmiyyətlə daimi konfliktləri ön plana çəkilir. Müharibədən qayıtmış
əsərin əsas qəhrəmanı Robert hər şeyə marağını itirib, həyata laqeyd və
qeyri-ciddi yanaşır. Robbi bir az utancaq, çəkingən, insanlara dəyər
verən tipdir. Robbinin Patrisiya ilə olan sevgisi onu həyata yenidən
bağlayıb yaşadığı hər anı qiymətləndirməyə, ən əsası, əbədi sevginin
varlığına inandıra bilir. Robbi ölümcül xəstə olan qızı qorumaq, onu
yaşatmaq üçün əlindən gələni edir. Əsl kişinin edə biləcəyi bütün
fədakarlıqları edir. Bu yolda vəfalı yoldaşları da ona yardımçı olur.

 

11. Nikolas Sparks "Yaddaş gündəliyi” - Sevgi ölmür.

Nyu
və Elli iki müxtəlif sosial təbəqədən olduğu üçün valideynləri onları
ayırmağa çalışır və buna nail olur. Lakin onların heç biri birlikdə
keçirdikləri xoşbəxt anları unuda bilmir.

 

12. Artur Qolden "Geyşanın memuarları” - Sevgi zərifdir.

Əsər
XX əsrin ən tanınmış geyşalarından biri Nitta Sayurinin həyat hekayəsi
əhatə edir. Hətta siz məhəbbət romanlarının pərəstişkarı deyilsinizsə və
ümumiyyətlə, ilk baxışdan məhəbbətə inanmırsınızsa belə, "Gündoğan
ölkə”nin özünəməxsus mühitinə daxil olmaqdan və kənar şəxslər üçün
qapalı, gizli bir cəmiyyəti daxildən tanımaqdan inanılmaz həzz
alacaqsınız. Roman yalnız kişilərə məxsus olan tam başqa bir aləmə,
başqa bir dünyaya açılan qapıdır. Bu aləmdə qadınlar heç vaxt
düşündüklərini deyil, yalnız onlardan gözlənilənləri və tələb olunanları
deyirlər...

 

13. Fransuza Saqan "Salam, kədər” - Sevgi böyüməyə kömək edir.

Əsərdə
həyatın bütün əyləncələrindən dadmaq istəyən ərköyün qızdan danışılır.
Anasını çox erkən yaşlarında itirən Sesil uzun müddət monastır
pansionunda təhsil alır. Arvadbaz atasının yanına qayıtdıqdan sonra heç
bir qayda­qanuna sığmayan, məsuliyyətsiz həyat tərzi keçirməyə başlayır.
Ancaq bir gün onların həyatına Anna daxil olur. Lakin Sesil anasının
rəfiqəsi olan bu qadını heç bir halda qəbul edə bilmir. Buna səbəb
atasının Anna ilə evlənmək fikrinə düşməsidir. O, belə hesab edir ki,
atası Anna ilə evlənsə, daha onu əvvəl kimi sevməyəcək və diqqət
ayırmayacaq. Onların toyuna mane olmaq üçün Sesil planlar qurmağa
başlayır. Əsər Annanın ölümü ilə sona çatır.

 

14. Jorj Sand "Konsuelo” - Sevgi azaddır.

"Konsuelo”
romanındakı hadisələr XVIII əsrin ortalarına təsadüf edir. Bu əsər o
dövrün təhlükə və həqiqi ehtirasla bol olan atmosferinə baş vurmaq üçün
əla imkandır. "Konsuelo” fransız yazıçısı Jorj Sandın ən tanınmış və ən
məşhur əsərlərindəndir.

Konsuelonun
şəfqəti bütün maneələri aradan qaldırır, çünki onun məhəbbəti
təmənnasızdır. Qınamaq və qəzəb onun tərzi deyil, insanı incitmək ona
xas olmayan şeylərdir. Ona görə də, Konsuelonun hissi onun mənəvi
dünyasını pozmur və başqalarına ağrı vermir.

 

15. Viktor Hüqo "Paris Notr-Dam kilsəsi” – Sevginin gözü kor olur.

Dünya
ədəbiyyatının ən məşhur əsərlərindən olan "Paris Notr-Dam kilsəsi"
romanında çoxdan unudulmuş dövrün tarixi təsviri ilə yanaşı, insanın
azadfikirliliyi və mənəvi müstəqilliyi konsepsiyası Fransadakı cari
hadisələrlə əlaqələndirilir. Yazıçı təsvir etdiyi dövrün əlamətlərini
romanın bir-biri ilə təzad təşkil edən əsas qəhrəmanlarının -
Esmeraldanın, Kvazimodonun və Klod Frollonun xarakterlərində və
talelərində təcəssüm etdirmişdi.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!