Həqiqətən sevdiyinizi göstərən...

Həqiqətən sevdiyinizi göstərən...
Sevgi Dünyası
10.09.2017 7
Bəli,
sizin üçün daha əvvəl də bu mövzuda bir neçə yazı hazırlamışdıq. Bu
dəfə isə sizə sevdiyinizi sübut edən qəribə, bir az yumoristik, yalnız
çox real səbəblərdən danışacağıq. Diqqətli olun, əgər bunlardan hər biri
və ya demək olar ki, hər biri sizdə də varsa, deməli həqiqətən
sevirsiniz.

Beləliklə, həqiqətən sevdiyinizi sübut edən 10 əlamət:

 

1. Kefinizi pozur, lakin dözməyə davam edirsiniz.

Hərdən
sizin kefinizi o qədər korlaya bilir ki, onun və hətta bütün dünyanın
eşidəcəyi şəkildə: "Sənə nifrət edirəm!!” deyə qışqırmaq istəyirsiniz.
Amma əsəbiniz uzun çəkmir, bir az zaman keçir və yenə də onunla danışmaq
istəyirsiniz.

 

2. Nə barədə danışmaq əhəmiyyətli deyil

Siz
saatlarla söhbət edə bilərsiniz və söhbət əsnasında bir mövzudan
digərinə keçirsiniz. Əgər hətta onunla havadan da danışmaq sizi
qıcıqlandırmırsa, deməli öz insanınızı tapmısınız.



3. Ona görə həyatınızı daha da çətinləşdirmisiniz

Çətin
insanı seçdiyinizi düşünürsünüz, lakin buna məhəl qoymursunuz. Hərdən
sizə elə gəlir ki, bütün kainat sizi "sındırmaq” və bu münasibətdən
imtina etməyiniz üçün çalışır. Lakin bütün bunlara baxmayaraq, siz heç
nəyi dəyişmək istəmirsiniz. Ondan uzaqda yaşamaqdansa, belə olması
yaxşıdır. İşdən icazə

alaraq qaçmaq, onun üçün vacib görüşlərinizin
vaxtını dəyişmək və daha nələrə hazır olduğunuzu saymağa dəyməz.

 

4. Siz tez-tez özünüzü yada salırsınız

Maraqlı
film, yaxşı musiqi, küçədə baş vermiş hər hansı bir mənasız hadisə,
başınızın ağrıması, qazandığınız kiçik uğur, üzünü görmədiyiniz uzaq
qohumların toyu … – fərqi yoxdur, siz ona zəng etmək və onun yadına
özünüzü salmaq üçün hər fürsəti yüksək səviyyədə dəyərləndirisiniz.

 

5. Siz onun yanında özünüzdən utanmırsınız

Bədəniniz
və fikirləriniz onun yanında olanda daha azaddır. Bu azadlıqdan
geninə-boluna istifadə etməkdən hər zaman həzz alırsınız. Başqalarının
yanında etməyə və deməyə utandığınız hər şey öz insanınızın yanında
qəbuledilən görünür. Siz yorğun, xəstə və yaxud da əhvalsız olmağınızdan
asılı olmayaraq, onun yanında rahat olursunuz. Gözəl və ya yaraşıqlı
görünmədiyiniz günlərdə də onunla rahat olacaq qədər öz insanınızı
tapmısınız.

 

6. İki dəqiqə kifayətdir

Sizin
xüsusi insanınız qəfildən zəng edir və iki dəqiqəlik də olsa hər hansı
bir şey barədə danışır. Bu bəzən 30 saniyə də ola bilər, əsas onun
səsini eşitməkdir və siz artıq özünüzü daha rahat və xoşbəxt hiss
edirsiniz.

 

7. Mütəmadi olaraq bir-birinizin üstünə qışqırırsınız

Sizin
münasibətiniz sakit və maraqlı da ola bilər. Amma adətən sevgi böyük
olanda, problemlər də böyük olur. Müxtəlif səbəblərdən siz bir-birinizlə
dalaşa bilərsiniz. Lakin, bu heç vaxt hörmətsizliklə nəticələnmir və
barışmaq üçün də xüsusi enerji sərf etməli olmursunuz. Çünki siz heç
küsmürsünüz də!



8. Birlikdə olmaq vaxt itkisi ola bilməz

Elə
günlər olur ki, hər ikinizin yataqdan qalxıb, gəzintiyə çıxmağa heç
həvəsiniz olmur. Lakin, onun bir sözüylə bütün planlarınızı dəyişə,
tezbazar hazırlaşa və qaçaraq yanına gedə bilərsiniz. Çünki, bilirsiniz
ki, onunla keçirdiyiniz hər bir an dəyərlidir və bu vaxt itkisi ola
bilməz.

 

9. Sizin hər zaman çoxlu sualınız var!

Ona
balaca uşaq kimi suallarla hücum edə bilərsiniz. Sualların mahiyyəti
əhəmiyyətli deyil. Əsas odur ki, cavablar ondan gəlir və onun xasiyyəti,
seçimləri, vərdişləri, gələcək planları və ya sadəcə olaraq bu gün
yaşadıqları barədə sizə daha çox məlumat verir. Bir də ona zəng etməyə
bəhanə olsun deyə uydurduğunuz suallar var….

 

10. Bir az sanki ondan çəkinirsiniz…..

Sevdiyiniz
insanı itirməyin nə qədər ağır olacağını hiss edirsiniz və bu itirmək
qorxusu sizdə çəkingənlik hissi yaradır. Məsələ onun yaxşı və ya pis
adam olmasında deyil, sadəcə bir gün o gedə bilər. Məhz buna görə də,
hərəkətlərinizə və sözlərinizə nəzarət etməyə çalışırsınız.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!