Səni necə sevdiyimi bilməzsən

Səni necə sevdiyimi bilməzsən
Sevgi Dünyası
10.09.2017 18
Sevgimə layiq olmayan sən ahıma qurban olmağa alışarsan.



Xatirələr iz buraxır onu göz yaşları kimi silə bilməzsən!



Dağlara
duman-duman həsrət çökər, dağlara göz yaşlarım yağmur olar, yollara
könlümdə min yel əsər. Ağlama, ağlama sən göz bəbəyim, ağlama yalnız
səni sevəcəyəm, unutma ölsəm belə dönəcəyəm.



Anladım ki,
ağaclar torpağa acı verdikcə böyüyürlər. Sən də mənə acı verərək
sevincli olacaqsan. Davam et, dəyər vermə deyilmişdi inanmamışdım. Səni
vəfalı sandım əfv et.



Xəyal etməyi xəyallarda yaşamayınca, hər nəfəsdə hava kimi suyu da içmədikcə səni necə sevdiyimi bilməzsən.



Bir gün bu
köşədə səssiz sədasız hönkür-hönkür ağlayıb bu lənət qədərimə qarşı
çıxıb, Tanrıya son dəfə yalvaracam. Gözəl gözlərin gələcək ağlıma, solub
gedəcəyəm ən gözəl çağımda, sənsizlik məni çağırdığında, boş sədalara
hayqırdığında, artıq burada olmayacağam.



Nə geri
dönəcək yolun olacaq nədə tutunacaq arxan qalacaq. Qorxuram peşmanlıq
sonun olacaq yalnız qalacaqsan. Günlərin birində peşman olacaqsan



Bəlkə də əbəs
yerə yazıram. Bəlkə də əbəs yerə səni narahat edirəm. Məqsədim bu deyil
mən sadəcə səni unutmadığımı xatırlatmaq istəyirəm.



Demədimmi
bu həsrət öldürər səni, ay dolanıb keçər, yalnız qalarsan, hər gün ah
deyib açı çəkərsən. Ürəyim sənə bu cür sevmə demədimmi!



Hər xatırlayış əvvəlində unutmağı saxlar. Mən səni bir an olsun belə unutmadım.



Əlvida
birdənəm səninlə öyrəndiyim və səninlə daddığım bütün gözəlliklər üçün
sağol. Ağlamağı sevməyi gözləməyi həyatı sənlə tapdım, amma səni
anlamımı itirdim.



Bir gün bağçana bax, islaq bir torpaq üzərində bir çiçək açacaq. Bu çiçəyin üzərində məni unutma yazacaq.



Vəfasız
sanma unutdum səni. Sevən qəlbimi tərk edən sən peşmançılıq duyub,
ürəyin sızlayıb yanarsa, haradasan deyə sorarsansa əgər, bil ki,
həsrətin çölündə, sürgündəyəm mən!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!