Məndən sonra...

Məndən sonra...
Sevgi Dünyası
10.09.2017 14
Məndən sonra olacaqları söyləyim sənə... Bəli, bəlkə bir gün birini sevərsən, sevə bilərsən, haqqındır. Onunla da eyni xəyalları qura bilərsən, hətta reallaşdıra bilərsən. Ona da xoş sözlər deyərsən, xoşbəxt edərsən. "Sabahın xeyir" mesajları ilə onu da oyandırarsan. Onu da ən az məni sevdiyin qədər sevərsən.

Onunla da mübahisə edərsən, üzr istəyərsən. Çox xoşbəxt ola bilirsiniz. Amma sənə bilmədiyin bir gerçəyi də söyləyimmi?

Xoşbəxtlik uzun sürmür. Bəlkə dəfələrlə mübahisə edib ayrılacaqsınız və sən artıq bu mübahisələrdən sıxılacaqsan. Məni onunla müqayisə etməyə başlayacaqsan.. .

"O belə etməzdi" deyəcəksən... Yavaş-yavaş soyuduğunu hiss edəcəksən. əvvəllər ağlına gəlməyən mən, hər gün ağlına gəlməyə başlayacağam. Yavaş-yavaş peşman olacaqsan, mənim üçün darıxmağa başlayacaqsan və daha bir gerçəyi də söyləyimmi? Birini yenidən tanımağın, sevməyin lazımsız olacağını başa düşəcəksən, qorxacaqsan... Məni axtaracaqsan amma tapa bilməyəcəksən.....скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!