Dəyər verdiyin insan sənə dəyər vermirsə...

Dəyər verdiyin insan sənə dəyər vermirsə...
Sevgi Dünyası
10.09.2017 25
Dostlarınla elə yaşa ki düşmən olduğunda

haqqında söyləyəcək sözləri olmasın.

Düşmənlərinlə elə yaşa ki dost olduğunda

üzün qızarmasın.



Budaq, küləyi bağışlamışdır, amma qırılmışdır bir dəfə.



Həyatın ən gözəl anı, hər şeydən imtina etdiyiniz

zaman sizi həyata bağlayan biri olduğunu

düşündüyünüz andır.



Qucaqlamağa, qollarının çatmayacağı bir ağac,

bir toxumla başlar. Ən uzun səfərlər bir addımla

başlar. Gerçək sevgilər isə kiçik bir təbəssümlə

başlar.



Dəyər verdiyin insan sənə dəyər vermirsə,

burax öz dəyəriylə qalsin.



Dostlar çay kimidir; kiminin suyu az, kiminin

çox... kimində əllərin islanar yalnız, kimində

ruhun yuyunar boydan boya.



Gülmək üçün xoşbəxtliyi gözləsən, təbəssüm

belə edə bilmədən ölərsən.



Ən böyük zəfər düşməmək deyil,

düşdüyün zaman ayağa yenidən qalxa bilməkdir.



Pessimist olmaq çətin deyil. Çətin olan fırtınadan

sonra belə, göy qurşağı kimi gülümsəyə bilməkdir.



İgid dediyin, güləşdə rəqibini məğlub eden kimsə deyil,

əsl igid, hirslendiyi zaman hirsini məğlub eden kimsədir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!