Dəniz

Dəniz
Sevgi Dünyası
10.09.2017 16
Əsgərlikdən
yenicə qayıtmışdım. Onunla oturduğumuz həmin oturacaqda oturub dənizi
seyr edirdim. Sol cibimdəki əzilmiş kağızı çıxarıb oxumaqa çalışdım,
amma bacara bilmədim. Gözlərim dolur, hüceyrələrim isə bədənimi didirdi.
Əsgərlik anlarımı unutmuşdum. Sevdiyim qadın kimi bəlkədə elə zənn
edirdim. Sonra bir səs eşitdiyimin fərqinə vardım. Çox doğma çox yaxın
idi, halbuki yaşadıqım müddətdə bu səsə o qədərdə önəm verməmişdim. Çox
uzaqlardan gəlir, biraz külək əsintisi, biraz şırıltı səsi, birdə ruhumu
canlandıran sahilə vuran ləpələri. Keçmiş günlərimi ağlıma gətirib,
dənizi beynimdə canlandırmağa çalışırdım. Çox mavi bir canlıydı o...
İnsanların xatirələrini üzünə sərtcə vuran bir canlı. Axı necə başa
salım sizə ?! Özünə bir dünya yaradan, milyonlarla canlıya heç bir zərər
vurmadan, öz axarıyla gəzən bir canlıydı o. Əsəbləşə bilmirdim ona. O
axı hər zaman mənim və bizlərin yanındaydı. Nə olduda indi ona dəyər
verdim ?! Oturacağı qabarmış, eyni zamanda da qaralmış, əllərimlə
bərk-bərk sıxıb, həmdə çıxıb getmək, eləcədə burada qalmaq istəyirdim.
Qağayıların səsi ruhumu tango rəqsinə dəvət edib, tünd kofeyə batırıb
rahatlıqca udurdu. Bu xoşbəxtliyi cib telefonum pozdu. Zəng edən Anam
idi. "Oğlum artıq hava qaralır. Evə qayıtmaq zamanıdır. Qara eynəklərini
tax, iki küçə sağa bir küçə isə sola dönərək evə gəl"- dedi. "Oldu ana
gəlirəm"- söyləyib, telefonumu söndürdüm. Evə yollanarkən bu vaxtı eynək
taxdıqıma görə mənə bəlkədə güllənlər oldu, amma onlar mənim döyüş
zamanı iki gözümüdə itirdiyimi bilmirdilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!