Bir neçə gün öncə

Bir neçə gün öncə
Sevgi Dünyası
10.09.2017 4
-Bir neçə gün öncə yağışlı bir gündə dayanacaqda gördüm onu. Biraz dəyişmişdi.Saçları
uzun idi mən son gördüyümdə, kəsdirmişdi. Yanına getməmək üçün zorla
saxladım özümü, amma uzaqdan çətinliklə olsa da üz cizgilərində də
dəyişiklik hiss olunurdu, biraz yorğunmuş kimi. Hiss
etdiklərimin də dəyişdiyini düşünmüşdüm həmin ana qədər, dəyişməmişdi,
hətta hər şey elə bil yenidən başlayırdı. Bəlkə də, ömrümdə ilk dəfə
marşrutun gec gəlməsini istəyirdim, zamanın dayanmasını, bir neçə dəqiqə
daha izləmək onu. İlk dəfə idi yağış yağarkən bir qədər yaxınıydım ona.
Bütün hər şey ağlımdan silinmiş kimi idi, heçnə düşünə bilmirdim həmin
an. Xoşbəxtlik dedikləri belə olurmu bilmirəm, amma ayaqlar nə yaxına, nə də uzağa getmək istəyirdi, hərəkətsiz qalmışdım yerimdə. Bir
tərəfdən də zamanın tez keçməsini istəyirdim, yenidən o hissləri
yaşamağa heç hazır deyildim, ancaq bu fikrimi dəyişdiyimdə artıq yox idi
orda, marşruta minib getmişdi.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!