Qərarsızlıq ən pis qərarlardan belə betərdi

Qərarsızlıq ən pis qərarlardan belə betərdi
Sevgi Dünyası
10.09.2017 5
Professor
əlində bir siçan və qutu ilə auditoriyaya girdi. Tələbələrin heyrət
dolu baxışları arasında siçanı qutunun içinə qoydu və qutunu bağladı.
Salona dönüb: "Bu qutuya iki gün heç kim toxunmasın!” dedi və
auditoriyadan çıxıb getdi. Salondaki tələbələr hadisəyə bir məna verə
bilmədilər və olayı maraq edərək iki gün gözlədilər. İkinci günün
sonunda professor auditoriyaya girdi və qutunu açdı. Qutunun içindəki
siçan ölmüşdü. Auditoriyaya dönərək siçanın nədən ölmüş ola biləcəyini soruşdu.

- Havasızlıqdan, aclıqdan, susuzluqdan?

Hər tələbə ola biləcək ehtimalları
sayır. Professor qutunu havaya qaldırıb içini tələbələrə göstərdi.
Qutunun hər tərəfi gəmirilmiş vəziyyətdə idi.

- Görürsünüz? Siçan
burdan çıxmaq üçün çox mübarizə aparmış. Bunu qutunun içindəki
vəziyyətdən anlıyırıq. Nəticədə siçanı sizin dediyiniz kimi nə
havasızlıq nə də aclıq öldürdü. Siçanı qərarsızlıq öldürdü!Siçan qutunun
hər yerini parçalamaqdansa sadəcə qutunun bir küncünü parçalasaydı ve
bunda da qərarlı olsaydı çıxıb qurtulacaqdı.

Hayatda zamanla qərarsızlıqla qarşılaşarıq. Qərarsızlıq nəticəsində
bizim üçün ən qiymətli varlıq olan zamanı itirmiş oluruq. Hədəflərinizi
dəqiq seçin. Çünki həyat qərarsızlıq içərisində üzəcək qədər uzun deyil.

Qərarsızlıq ən pis qərarlardan belə betərdi..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!