Sevgi və xoşbəxtlik

Sevgi və xoşbəxtlik
Sevgi Dünyası
10.09.2017 15
Həyatınızdakı insanların üstün tərəflərini özünüz üçün kəşv edə bilirsinizmi?

Əsl üstünlüklər
ürəkdən gələn üstünlüklərdir.Yalançı olan üstünlüklər və yaxud da
mala,var-dövlətə ümümiyyətə maddiyata verilən üstünlüklər çox vaxt
sevilmir.Liderlərə,zəngin insanlara, məşhurlara olan sevgi adətən
riyakarlıq hesab edilir.Yəni bu cür olan sevgilər,o insanlara verilən
dəyərlər tamamən ürəkdən gələn sevgilər olmur.Amma içdən gələn,dünyaya
və axirətə təsir edəcək həqiqi üstünlüklər əxlaqla və bacarıqlarla
bağlıdır.Biz indi həqiqi və qalıcı üstünlüklərlə tanış olaq.



Sevdiyiniz
insan,həyat yoldaşınız,dostunuz,rəfiqəniz əqlaqlıdırmı? Doğru
danışan,cəsur,adil,paylaşmağı bacaran,mərhəmətli,
məsuliyyətli,ədəbli,namuslu və çalışqandırmı?



Əxlaqi dəyərlər
insanı alçatmayan ,münasibətlərin barışla,hüzurla davam etdirilməsinə
səbəb olacaq yeganə ünsürlərdir. Əgər münasibətdə olduğunuz bir insanın -
bu insan sizin dostunuz,sevdiyiniz insan və yaxud da tamam başqa birisi
ola bilər- əxlaqından şübhəniz varsa,və yaxud da ümumiyyətə o insanın
əxlaqından xəbərsizsinizə bunu öyrənməyə çalışın. Hər zaman əxlaqı
düzgün olan,əxlaqlı insanlarla münasibət qurub yoldaşlıq etməyə çalışın.



Sizi sevdiyini
göstərənlərə nifrət edə bilməzsiniz.Bəs o insanlar sizi doğrudanmı
sevir? Sizə sevgisini necə ifadə edir? Sizi sevdiyini sizə necə izah
edir? O insanların sevgisini səhv başa düşürsünüzmü,yoxsa ümumiyyətlə
başa düşmürsünüz? Bu barədə heç düşünmüsünüz? Bəzən qarşınızda insanın
kimliyindən asılı olmayaraq sizə "sevirəm” deyir,həm də çox
inandırıcı.Amma çox vaxt bu sözün arxası ilə getmir və doğru kimi qəbul
edirik. Sonradan isə bu inandığınız söz sizin bəlkə də həyatınızı məhv
edir.

Çox vaxt
sevgiyə sevgi ilə qarşılıq verilir.Canlı cansız hər kəs və hər şey öz
çevrəsinə uyğun sevgi ilə yaradılmışdır.Pişik sevgi ilə miyavlayar,quş
sevgi ilə cıvıldayar.Axan suyun şırıltısı onun sevincindəndir.Küləyin
səsi,yağışın yağması sevgisindəndir.



Nə üçün göy üzü
sizin gözünüzdə mavidir? Nə üçün təbiət yaşıldır? Nə üçün qırmızı ya da
başqa rəngdə deyil? Çiçəklərin nə üçün xoç qoxusu var? Şəlalələr
ruhunuza nə üçün rahatlıq verir? Bütün bunlar insan ruhuna rahatıq
versin deyə,insanlar tərəfindən sevgi ilə qarşılanıb sevilsin deyə bu
şəkildə yardılmışdır.Hər şeydə yerində yaradılmışdır.Öz rəngində,öz
ölçüsündə,özünə uyğun yaradılmışdır. Ya sizinlə olan insanlar.....
Üzünüzə ürəkdən baxması,hədiyyələr, əhvalınızı
soruşması,ziyarətlər,hörmətli hərəkətlər sizin hər zaman diqqətdə
olduğunuzu göstərirmi? Bu sualların cavabı əslində çevrənizdədir.Əslində
bütün bu sualların cavabını bilirsiniz.Amma bəzən bildiklərimizi
dərindən düşünə bilmirik.Ya da bildiyimiz halda bunu anlamaq
istəmirik.Məgər ətrafımızda olan hər şey sevgi deyilmi? Sevgi ilə
yaradılmayıbmı? Elə isə bu sevgi ilə yaşamağa çalışaq,bu sevgini duyub
hiss etməyi bacaraq.O zaman həyat da gözümüzə gözəl görünər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!