Qadın

Qadın
Sevgi Dünyası
10.09.2017 9
Gecə yarısı atıldı küçələrə... Heç kim onun yaşadıqlarını, həyatda olan
çətinliklərini bilmədi. Hər kəs o namussuz, kirli sözlərlə yanaşdı ona.
"Qız nə gəzirsən çöldə, bəlkə evə gedək? , Oğlan axtarsansa gəl, pulum
var". Qadın göz yaşları içində onlardan uzaqlaşır, getdikcə yolda bütün
çirkaba batmış insanları görür.Gedəcək bir yeri yoxdur qadının, hansı
məntəqəyə çatsa əxlaqsız təkliflər alırdı, gecənin 4'ündə. Cibində olan
son pula bir taksi saxlatdırdı və sürücüyə uşaqlığı keçmiş, həmin o
məhləyə aparmasını istədi. G]ünlər keçir, amma ağrılar hələdə
sızıldayırdı. Bir parkda yatdı o gəcə.Kirayə bir ev tutdu günorta
vaxtlarında, gecə yarısı çörək sexində isə gecə növbəsində işləməyə
başladı. Növbəti günsə ona, hər gündən daha artıq zərbə vuruldu. Məhləyə
döndüyündə, bir qoca arvad yolundan saxladı. "Səni buralarda görmək
istəmirik"- dedi. Qadın isə ondan səbəbin soruşdu. Dünyanın çirkli bir
yer deyildə, insanların çirkli olduğunu o anda anladı. Qoca uca səslə:
"Sən fahişəsən, hər gecə evə kişi aldıqlarıvı deyirlər". Qadın sarsıldı,
ağlayaraq evinə daxil oldu. Ona sərt baxışlarla baxan insanları
gördükcə içi, tamda sol tərəfi qopurdu. Qadın dözmədi bunlara, xəstəliyə
tutuldu. Bir iki qonşu o yatağda yatarkən yanına gəlib gedirdilər.
Axrıncı günündə sağ qonşusu; yaşıl rəngli qapıda olan Pakizə xalanı,
yanına çağırıb söylədi: "Heç kim məni anlamadı, o gecə sərxoş ərim
tərəfindən çölə atılarkən də mən günahkar oldum. Hər gecə söyüşlər
təhqir eşidən bir qadın oldum mən. Uşaqlarım olmurdu nə olsun, amma
ərimlə xoşbəxt olacaqımı düşünürdüm ola bilmədik". Və qadın xırıltılı,
birazda titrək səsiylə söylədi: "Bu cəmiyyət, mən daxil bütün məsum
qadınları öldürdü".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!