Sevənlərin davranış mədəniyyəti

Sevənlərin davranış mədəniyyəti
Sevgi Dünyası
10.09.2017 12
Məhəbbət 
elə  bir hissdir  ki,  o,  yaşından,  cinsindən  asılı  olmayaraq  hər 
kəsin  könül  qapısını  açır. Sizin  aranızda  da  elələri  var  ki, 
bu  hiss  artıq  onun  varlığına  kövrəkcəsinə  qədəm  basmışdır. Sən 
də  gec-tez  məhəbbəti  xoş  bir  duyğu  kimi  salamlayacaqsan. Budur, 
artıq  nəsə  səni  narahat  edir,  gecələr  yuxun  qaçır,  baxışlarını 
tavana  zilləyib  fikrə  gedirsən. Yadına  həmin  qız  (oğlan)  düşür.
Axı  niyə  onunla  danışanda  səsin  titrəyir,  üzbəüz  gələndə  özünü 
itirir,  görməyəndə  darıxırsan?Hərdən  oğrun-oğrun  baxışırsınız,
 qəflətən  nəzərləriniz  toqquşur,  yanaqlarınız  xəfifcə  allanır.....
Bəlkə  bu  məhəbbətdir?

Əlbəttə, 
sevirsən.  Amma  yadında  saxla  ki,  məhəbbətinizin  uğurlu  olması 
əsasən  özünüzdən  asılıdır.  Hisslərinizin  möhkəmliyindən,  qarşılıqlı  münasibətlərinizin  xarakterindən  asılıdır.

Yüksək 
davranış  mədəniyyətinə  yiyələnmək,  ünsiyyət  prosesində  müəyyən 
əxlaq  qaydalarına  əməl  etmək  sevgililərin  bir-birinə  münasibətini 
daha  da  yaxşılaşdırır.  Qıza  qarşı  kobudluq  oğlan  üçün 
bağışlanılmaz  səhvdir.  Oğlan  başa  düşməlidir  ki,  bu  gün  onunla 
eyni  parta  arxasında  oturan  qız  sabah  ər  evində  bir  anadır!

İlk 
gənclik  məhəbbətində  hiss  əsas  rol  oynayır,  gənclər  sevgilini 
çox  vaxt  gözəl  olduğu  üçün  seçib  bəyənir.  Yetkin  məhəbbətdə 
tərəflər  çox  vaxt  ölçüb-biçir,  götür-qoy  edir.Bu  dövrdə  onların 
seçicilik  duyumu  və  tənqidi  yanaşma  qabiliyyəti,  məntiqi 
təfəkkürü  formalaşır.

Sevənlər 
bir-birinə  qarşılıqlı  tərbiyəvi  təsir  göstərirlər. Biri  digərinə 
öz  nöqsanını  düzəltməkdə,  çətinlikləri  aradan  qaldırmaqda  lazımi 
məsləhət  verir. Bir  sözlə,  oğlan  və  qız  seçdiyi  şəxsin  xatirinə 
özünü  təkmilləşdirir.  Buna  görə  də  deyirlər  ki,  məhəbbət 
insanı  nəcibləşdirir,  xeyirxah  və  səmimi  edir.Lakin  bəzən  oğlan 
və  qız  sevgilisinin  haqlı  iradlarından  nəticə  çıxartmır,  öz 
qüsurlarını  aradan  qaldırmaq  istəmir.

Məhəbbətdə 
mühüm  cəhətlərdən  biri  öz  hissini qorumağı  bacarmaqdır.  Oğlan 
sevgilisi  ilə  küçədə,  kinoteatrda,  nəqliyyatda  və  digər  yerlərdə 
müəyyən  həddi,  normanı  gözləməklə  rəftar  etməlidir.  Yersiz
hərəkətlərə  yol  verilməməlidir.  Bəzən  parklarda,  dənizkənarı 
bulvarda  hamının  gözü  qarşısında  qızla  oğlanın  bir-biri  ilə 
qol-boyun  olduğunun  şahidi  olursan.

Əlbəttə, 
bir-birinə  həqiqətən  könül  vermiş  gənclər  belə  iş  tutmaz,  pak 
və  ülvi  bir  hissi  təhqir  etməzlər.  Lazım  gələn  təqdirdə  oğlan 
qızın,  qız  oğlanın  şərəf  və  ləyaqətini  qorumalıdır.  Həqiqi 
məhəbbət  əxlaqsızlıqla,  əks  cinsə  hörmətsiz  münasibətlə  bir 
araya  sığmır.  O,  « gün  keçrmək »  zövqünə  sığınan  yalançı 
məhəbbətdən  əsaslı  fərqlənir.  Həqiqi  məhəbbət  əbədi,  sönməz, 
yalançı  məhəbbət  ötəri,  aldadıcı  və  mənafegüdəndir.  Belə 
məhəbbətdə  tərəflərdən  biri  digərini  şüurlu  aldadır,  vədlər 
verir,  şirin  sözlər  söyləyir.  Qız  yalan  vədlərə  inanır, şirin 
sözlərdən  xoşlanır  və  səhv  edir.

Gənclər 
münasibətin  mahiyyət  etibarilə  nə  ilə  nəticələnəcəyini 
qabaqcadan  təsəvvür  etməyi  bacarmalıdır. Fiziki  yaxınlıq,  xüsusilə 
qızlar  üçün  ağır  nəticələr  törədə  bilər. Qızlar  nikah  bağlanana 
və  gərdək  qurulanadək  öz  ismətlərini  qorumalıdır.Ər  evinə 
qızların  pak  və  alnıaçıq  getməsi,  ailə  həyatının  pozulmaz 
qanunu,  gələcək  ailə  təməlinin  mohkəmliyinin  rəmzidir. скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!