Qəlbi titrədən ən qısa hekayələr

Qəlbi titrədən ən qısa hekayələr
Sevgi Dünyası
10.09.2017 6
Bir dəfə Ernest Heminquey demişdi ki, hər kəsin qəlbinə toxunan ən qısa
hekayəni yaza bilər. Müsabiqədə qalib gəldi. Onun hekayəsi isə belə idi:
"Uşaq ayaqqabıları satılır. Geyinilməmiş".



Həmin dövrdən bəri ən qısa hekayə janrı böyük vüsət alıb. Hər bir yazıçı bir neçə sözlə qəlblərə hakim olmağa çalışır!



Yadlar. Dostlar. Ən yaxşı dostlar. Sevgililər. Yadlar.



"Səhv düşmüsünüz", - tanış bir səs telefonda dedi.



Hörmətli sərnişinlər, indi sizinlə kapitan danışacaq.



Paraşüt satıram. Heç vaxt açılmayıb, ancaq bir az ləkəsi var.



Bu bizim qızıl toyumuzdur. Bir nəfərlik masada.



Bu gün anam məni yenidən tanıdı.



Bir dəstə çiçəklə evə gəldim, ancaq açar qapıya düşmədi.



Təraş olmağı mənə anam öyrətdi.



Maşının qırılmış arxa şüşəsində yazılmışdı: "Yeni evlilər".



Yataq otağımız. İki səs. Və mən qapını çöldən döyürəm.



Güzgüdəki əksim mənə göz vurdu.



Bağışla, əsgər, ayaqqabı cüt satılır.



Həyat yoldaşının qatilini kiçik butulka ilə yedirir.



Təxəyyülündə özünü böyük sandı. Böyüdü. Təxəyyülünü itirdi.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!