Bir gün...

Bir gün...
Sevgi Dünyası
10.09.2017 9
Boşluqdaydım...



Bir gün o
çıxdı qarşıma...Tanış olduq, danışdıq, görüşdük. Gün gəldi gördüm ki, o
və mən deyildə ''biz'' olmuşduq. Məni sevirdi. Yəni elə deyirdi. 

Qısa zamanda
çoxmu bağlanmışdım, bəli, dəlicəsinə. ''Biz'' vardı artıq o və mən
''biz'' olmuşduq. Xoşbəxtdik, xəyallarımız vardı bizim gələcəyə dair.. o
çox gözəl xəyallar. Həmişə sevəcəkdi məni, heç buraxmayacaqdı. 



Söz vermişdi
getməyəcəkdi. Həmişə xoşbəxt olacağıq deyə bir şərt yox idi bizdə, bəli
pis günlərimizdə olacaqdı, amma biz əl-ələ verib, dözəcəkdik buna. Bir
gün o çıxdı qarşıma...Amma bir gün bu qurduğumuz xəyallar hamısı puç
oldu.Getdi...Bir gün o çıxdı qarşıma...Mübahisələrimiz,
inadlaşmaqlarımız bitirmişdi bizi. Bezmişdi..

Halbuki mən
hər mübahisəmizdə, davalarımızda belə ona bir daha aşiq olardım. Bəli,
inanmağım gəlmədi, amma heç sevməmiş kimi, o qədər zamanı birlikdə
başqasıyla keçirmiş kimi, heç ağrımadan, arxasını dönüb getdi. Necə
olardı? 

Məni,
''mələyim'' dediyi adamı necə buraxa bilərdi? Bu suallar beynimi
gəmirirdi. Ya heç dönməzsə? Ya başqasının olarsa?Amma ola bilməzdi, söz
vermişdi mənə. İlk başlarda ''xeyr, getmədi o məni buraxa bilməz,geri
dönəcək" deyə israrla özümü buna inandırdım. 1 saat danışmasam belə
dəlicəsinə darıxdığım adamla 1 gün boyunca danışmadım. Bəlkə kiçik bir
zaman müddəti ola bilər, amma mənə bir ömür boyu yoxluğunu hiss
edəcəkmişim kimi gəldi. Bütün gün dua etdim. Tək bir mesajıyla məni
xoşbəxtlikdən öldürə bilərdi. ''Səni sevirəm'' deyə bilərdi. Gecənin
sonunda gözlədiyim mesaj gəldi. Amma bu mesaj "səni sevirəm" kimi də ola
bilərdi, amma olmadı. Məhv oldum. Başqalarına tamamilə bitdi dediyini
heç unutmaram, həqiqətən də bitdi.Bir gün o çıxdı qarşıma...Artıq özümü
alışdırmalıydım bu vəziyyətə. O yox idi, getmişdi və ən pisi mənim
deyildi. Mesaj yazmayacam dediyim halda dözə bilməyib, hər mesajına
cavab verdim, hər zəng etdiyində zənginə cavab verdim. Qürurumu ayaqlar
altına aldım, təslim olmadım, ondan imtina etmədim, edə bilmədim. Çünki
bilərdim eşqdə qürur olmazdı, olmamalı idi. Onun mənə bir sözü vardı
"kimsə olmayacaq həyatımda səndən başqa, yalnız səni sevəcəm ölənə
qədər, yalnız sənsən mənim üçün'' demişdi.Amma sözünü tuta bilmədi.
Tutmasın da.. Başqasıyla idi onsuz da. Çox ağladım. Günlərcə,
həftələrcə, aylarca..Amma boş yerə.. Dönmədi. Hə, bir də ən pisi odur
ki, mənimlə qurduğu xəyalları onunla yaşadı. Qəbul etdim artıq
başqasının olduğunu. Qəbul etdim və ya susdurdum özümü.. Onsuz da başqa
nə edə bilərdim ki? Başqasıyla olması deyildə bir də arxamdan ''onsuz da
heç sevmədim'' deməsi məni öldürdü. Layiq idim ki, bu olanlara?
Bilmirəm, bəlkə də layiq idim. Çünki o hər şeyin ən yaxşısını bilərdi.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!