Deyirlər

Deyirlər
Sevgi Dünyası
10.09.2017 6
Deyirlər,insanlar kədərli görünə bilirlər.Amma kədərin özünü indiyə qədər görən olmayıb.Bəs kədər yoxdursa nədir bu insanları üzən ?Hə,bir də sən kədərli olarkən haradan tapır insanlar deyib-güləcək şeyləri,maraqlı deyil ?Nəysə,amma kədərli olarkən birisini doğma sanıb sarıla bilmək gözəl hissdir,məncə...

Deyirlər,insanlar sevincli görünə bilər.Amma sevincin özünü indiyə qədər görən tapılmayıb.Sevincli olarkən keçirdiyin hissləri bircə sən anlayırsan.Amma,sevincli olarkən birisini doğma sanıb sarıla bilmək gözəl hissdir,məncə...Deyirlər,insanlar dostluq etməyi bacarırlar.Dost luğu öz gözləriylə görən və ona toxuna bilən şəxsi tapmaq uğrunda axtarışlar hələ də davam edir.Bəlkə də dayandırılıb,dünyadan xəbərim yoxdur.Hə,dostluq edərkən də gərək dostunun bütün səhvlərinə göz yumasan,bağışlayasan.Bu dünyada sizə qalan 2-3 nəfər olacaqsa onlar da o siyahıdadır.Düzdür,bəzən möhkəm inciyərsən onlardan,amma birini dost sanıb sarıla bilmək gözəl hissdir,məncə...Deyirlər,insanlar sevə bilirlər.Maraqlısı burasıdır ki,sevginin özünü gözləriylə görən insan gəlməyib yer üzünə.Bəs onda bu qədər sevgi şeirləri,mahnılar necə ? Uydurmadır,hamısı yəqin ki...Ümumiyyətlə,sevərkən də adam kimi sevəsən gərək.Ürəyini açmayasan,ən yaxşısı gizlətməkdir. Amma,sevdiyin birinə sarıla bilmək gözəl hissdir məncə.Həə.Bir də deyirlər ki,Tanrı var.Amma onu da gözləriylə görən biri yoxdur,təəssüf ki.İnancsız insanları anlamaq da bir az çətindir.Ən çətin zamanında son ümid yeridir,məncə Tanrı.Hər şey

üstünə gələndə yenə də ondan bir möcüzə gözləyərsən ki,hər şey əksinə dəyişsin.Düzdür,bəzən Tanrıdan da incik düşürük və edilən dualar heç də həmişə yerinə yetmir,amma Tanrıya sarılmağı çoxları arzu edir,məncə...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!