Qadın kordur

Qadın kordur
Sevgi Dünyası
10.09.2017 25
Kafedə
əyləşib deyib gülə-gülə söhbətləşən bax bu xoşbəxt cütlük
ər-arvaddılar, yəqin verdikləri sifarişin hazır olmasını gözləyirlər.
Qadın... sanki Tanrı onu yaradarkən bütün diqqət və qüdrətini səfərbər
edib - olduqca gözəldir, təravətlidir, xoşdur. Kişi... ortabab bir
kişidir, yaxından baxanda məlum olur ki, hətta fiziki qüsurludur. Yan
masadakı əyləşən əclafın ağzının suyunu axıdansa qadının gözəlliyindən
də çox bu cütlüyün nabərabər olduğunu düşünməsidir; sanır ki, belə bir
gözəl qadın qarşısındakı fiziki qüsurlunu deyil, məhz onu – şümşad
qamətli, enli kürəkli, nə bilim, bəbir biləkli kişini haqq edir. Şou
başlayır, o özünü qadının gözünə soxmaq üçün minbir centlmenlik oyunları
çıxarır, əlli cür hoqqabazlıq edir; siqareti siqarete calayır, əllərini
saçlarına daraq edir, guya ki, eşq dərdinə düşüb, ofisiantla hökmlü
danışır, çağırıb musiqini dəyişditdirir... hər nə edirsə olmur, lənətə
gəlsin, qadın ona tərəf baxmır belə. Niyə, bilirsiz?

Bayaqdan kişinin bütün bu canfəşanlıqlarnı (bir az da məzəylə) izləyən
arıq cüssəli ofisiant nəhayət ona yaxınlaşıb qorxa-qorxa qulağına
pıçıldayır:

"Qadın kordu”.

İndi siz bu əclafın düşdüyü halı təsəvvür edin də; qızarır, bozarır,
düşdüyü vəziyyətə görə günahlandırmağa bir şey, bir kəs axtarır. Stulun
başından pencəyini qapıb masaya bir təpik, kafedən çıxır. Əslində isə
qadın kor deyil, sadəcə aşiq idi və ofisiant məhz eşq korluğunu nəzərdə
tutmuşdu.

"Əslində isə” dən sonranı belə də yazmaq
olar: əslində isə qadın kor deyil, sadəcə tox idi – gözü tox! Belə də
yazmaq olar: əslində isə qadın kor deyil, sadəcə sədaqətli idi; belə də
yazmaq olar: əslində isə qadın kor deyil, əsl qadın idi, sevirdi.
"gözütoxluğun” üzərində dayanmaq istəyirəm. Düşünürəm ki, bu təkcə
qadın-kişi münasibətində deyil, həyatın bütün istiqamətlərində belə
olmaq gərəkdi.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!