Və qadın hər şeyin fərqindədir əslində...

Və qadın hər şeyin fərqindədir əslində...
Sevgi Dünyası
10.09.2017 10
Məni yarımçıq buraxıb başqasını tamamlamağa gedirdi, o.

Qoxusu bulaşmış yorğanlarda boğulurdum, boğurdu məni, o.

(Ali Khayyam)



Hər xatirə bir ölüdür. İndi sən də bir xatirəsən. 

Sən də bir ölüsən..!

 

Daima
ağrıya və kədərə nə qədər dözə biləcəyimin marağında olmuşam. Əslində
sadəcə bir neçə il maraqlandım, çünki bir gecə güzgüyə baxdığım zaman
qıpqırmızı gözlərim mənə bütün dünyanı və iyrəncliklərini həzm edə
biləcəyimi söyləmişdi...

 

Və qadın hər şeyin fərqindədir əslində...

Ona yalan dediyinizin, aldatmağa çalışdığınızın, istəmədiyinizin, çox sevdiyinizin, dəyərsiz gördüyünüzün...

 

İnsanlar
vardır, gəlib keçərlər həyatımızdan. Kimisi fırtınalarla gedər, kimisi
də zəlzələylə. Mən qalanların tərəfdarıyam. Getməyənlərin sədaqətini və
səbrini sevirəm. Sarılıb buraxmayanların da istiliyini... (Şəmsi
Təbrizi)

 

Bir addım atırsınızsa, bir sonrakı addımı qarşı tərəfdən gözləyin. Atmırsa üstünə düşməyin mənası yoxdur

 

"Uzun cümlələrlə danışır izdiham.

Bir sözə sığdırdığın dünyanı sevirəm"

 

Bu
sevincli, ağıllı, sakit insan səsləri arasında tək-tənhayam. Bütün bu
insanlar vaxtlarını dərdləşməklə, eyni fikirdə olduqlarını başa düşüb
sevinməklə keçirirlər. Eyni şeyləri birlikdə düşünməyə necədə çox önəm
verirsiniz...

 

Hər birimiz öz xırda, kəllə sümüyü böyüklüyündə krallığımızın əfəndisiyik. Ətrafımızdakı dünyanın tam ortasında və tək-tənha...

 

"Çox gülərüzsən" dedilər gecələr səssiz hıçqırıqlarımdan xəbərsiz insanlar..

 

Halbuki
insanlar da ağaclar kimidir. Nə qədər yüksəyə və aydınlığa çıxmaq
istəsələr, o qədər çox qüvvətlə torpağın altına enər kökləri. Qaranlığa,
dərinliyə, pisliyə doğru...

 

Deyir:

"Sən gülüncə 

bir mənəkşə üzür suyun ən incə qıvrımlarında 

və tanrı yeni bir leysan axtarmağa çıxır..."

 

Simamızı formalaşdıran bir az da yaşadıqlarımız deyilmidir?

 

Mən 60 yaşlı bir adamın imkansız sevgisindən necə çarəsiz qaldığını gördüm bu gün...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!