Maralcığaz bacısı ilə necə dost oldu

Maralcığaz bacısı ilə necə dost oldu
Sevgi Dünyası
10.09.2017 3
:miwka: :miwka: :miwka: :miwka: :miwka: :miwka: :miwka: :miwka:

Balaca
maralcığaz böyük mehriban ailədə yaşayırdı. O, anasından və atasından
başqa böyük qardaşı Robu da çox sevirdi. Amma hələ əməlli başlı gəzməyi
də bacarmayan körpə bacısı Luya isə arabir hirslənirdi. Atası həmişə
işdə, qardaşları isə məktəbdə olurdu. Anası adətən evdə olsa da, demək
olar ki, bütün günü bacısı ilə məşğul idi. Bəzən böyük qardaşları yel
kimi evə girib, masanın üstündən yeməyə bir şey götürür, maralcığazın
saçını qarışdıraraq yenidən harasa yoxa çıxırdılar. Maralcığaz özünü
gərəksiz hiss edir, çox vaxt meşənin dərinliyinə çəkilir, hamıdan
gizlənir və qəmgin otururdu.



- Yəqin, mən çox çirkinəm, - deyə fikirləşirdi, - ona görə də məni heç kim sevmir.



Bir gün gəzintidən qayıdan maralcığaz evdə nə isə baş verdiyini hiss
elədi. Ana, ata və Rob evdə idi, Lakin onlar başlarını itirmiş halda,
əllərində qızdırma ölçən, qızdırıcı su qabı və quru otla bacısının baş
üstündə vurnuxurdular. Sən demə bacısı xəstələnibmiş.



- Aydındı, - maralcığaz fikrə getdi, - əgər mən xəstələnsəydim, heç kim narahat olmazdı.



O, belə fikirləşməyinə baxmayaraq bacısının otağına keçdi. Lu
çarpayıda halsız uzanaraq ağır-ağır nəfəs alırdı. Onun hər zaman alışıb
yanan şən və şıltaq baxışları solğunlaşmışdı. Maralcığaz bir an təlaşa
düşdü. Həyatında ilk dəfə o özünə görə deyil, başqasına görə narahat
olmağa başlamışdı.

- Ana, istəyirəm bacım üçün evcik tikim.

- Hə oğlum, bacınla bir az oyna. İndi atan həkim dalınca gedəcək, Rob isə aptekə dərman dalınca qaçıb.

- Sən bacınla oynasan, mənə şam yeməyi bişirənə qədər xeyli kömək etmiş olarsan.

- Əgər xəstələnən mən olsaydım, atam yenə həkim dalınca, Rob da aptekə qaçardı? - deyə maralcığaz soruşdu.

- Bu nə sözdür, əlbəttə qaçardı! - deyə ana maral oğlunun bu sualına təəccüb etdi.



Anası mətbəxə keçəndən sonra maralcığaz bacısı üçün evcik düzəltməyə
başladı və onu əyləndirmək üçün çox səy göstərdi. Lakin bacısı bütün
bunlara sadəcə etinasız şəkildə tamaşa edir, heç gülümsəmirdi. Əldən
düşən maralcığaz qəflətən bacısı üçün düzəltdiyi evə toxunaraq yerə
yıxıldı. Bu əyləncəli mənzərə axır ki, Lunu güldürdü. Ana və bacısı üçün
artıq dərman alaraq aptekdən qayıtmış qardaşı səs-küyü eşidib otağa
qaçdılar.



- Mən sadəcə Lunu güldürmək istəyirdim, ancaq yıxıldım, - maralcığaz üzr istəyirmiş kimi dedi.

- Afərin! - deyə Rob da gülməyə başladı, - bacına görə əzilməyə də
razısan, - deyib adəti üzrə yenə də qardaşının kəkilini qarışdırdı.



Bir neçə gündən sonra Lu sağaldı. Bundan sonra o, maralcığazdan bir
addım belə aralanmırdı. Bu bəzən maralcığazı bezdirsə də, bacısına qarşı
səbrlə davranırdı. Axı indi bilirdi ki, hamı onu sevir. Buna görə o da
hamını sevmək istəyirdi.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!