Kitablar bizim ən yaxşı dostumuzdur

Kitablar bizim ən yaxşı dostumuzdur
Sevgi Dünyası
10.09.2017 18
:laylay: :laylay: :laylay: :laylay: :laylay: :laylay: :laylay:

Nigar, kitab
oxumağı çox sevərmiş. Boş zamanlarını davamlı kitab oxuyaraq, yeni
məlumatlar öyrənərək keçirərmiş. Nigarın yoldaşı Anar isə heç kitab
oxumaz, boş vaxtlarını kompyuterin başında oyun oynayaraq vaxtını
keçirərmiş. Bir gün Anar ad gününü qeyd etmək üçün Nigar və digər
yoldaşlarını dəvət etmişdi. Yoldaşları Anara oyuncaqlar, kompüter
oyunları hədiyyə etmişdi. 



Nigar isə Anara bir hekayə kitabı almışdı.

Anar, Nigarın hədiyəsi
ilə heç maraqlanmadan dərhal yeni kompyüter oyunları ilə oynamağa
başlamışdı. Bir gün Anarın kompyuteri xarab olmuşdu. Anar oynayacaq oyun
tapa bilmədiyi üçün çox sıxılmışdı.



Otağında özünə yeni
bir oyuncaq axtararkən Nigar ona ad günündə hədiyyə etdiyi hekayə
kitabını tapmışdı. Əvvəl bir-iki səhifə oxuyur, sonra da küçəyə oynamağa
gedərəm demiş amma kitabı oxuduqca çox xoşuna gəlmiş. Kitabdakı
hekayələrin hamısı bir-birindən gözəldir. Anar oxuduqca yeni-yeni şeylər
öyrənirmiş. Kitabı bitirincə kaş ki daha əvvəl kompüter oynamaq yerinə
kitab oxusaydım.



Kitablar oyunlardan
daha gözəl həm də çox əyləncəlidir. Bundan sonra mən də həmişə kitab
oxuyacağam demişdi. Nigar da yoldaşı Anarın kitab oxumağa başladığını
eşidəndə çox sevinmişdi. Ona öz kitablarından borc vermişdi. Bundan
sonra Anar daha az kompyuter oyunu oynamış, özünə yeni kitablar almış və
vaxtını boş yerə keçirtməmişdiскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!