Çəkilməyən bədbəxtlik

Çəkilməyən bədbəxtlik
Sevgi Dünyası
10.09.2017 8
- Bu şəkli bir qıza hədiyyə edəcəm rəssam,gözəl çək. Müşviqin şeirini rəsmə çevir,ona bənzədib çək.

- Danış,ona uyğun çəkim.Müşviqin sevgisinin represyası ilə sənin yaşadığın acılar tamam fərqlidir.

- Hardan bilirsən rəssam?!

- Çünki sən mənə, o qızı canladırmağı deyildə,öldürməyi əmr etdin, əzablı baxışların ilə..Bəlkədə dediyin şəkli çəkdikdən sonra,evə aparıb, saatlarca ona baxacaqsan. Sonra ağlına səhvlərin gələcək və göz yaşı içində şəkli cırıb, alovlalar içində cəzalandıracaqsan.

- Çək rəssam! Hər gün çək! Pulla deyilmi?! Nə qədər edir verəcəm,artıqlaması ilə,yetərki onu cəzalandır,hər gün özümü cəzalandırdığım kimi. Elə çək ki,ağlasın,xahiş etsin "getmə!" deyə yalvarıb, dizlərimdən öpsün və məndə şəhəri seyr edirmiş kimi sakit dəyanıb dənizə baxım.

Ayrılarkən göz yaşı tökmədi,heç olmasa rəsimdə məhv olsun!

- Çəkdiyin əzab sənə nə bəxş edəcək? Nə qazanacaqsan bununla?

-Xoşbəxtlik!

- Kimi aldadırsan?

-Özümü! Əgər mən onu aldatsaydım,indi mən deyildə,o sənin yanında olacaq idi.Sənə yalvaracaqdı,xahiş edəcəkdi şəklimi çəkməyini.

- Sənmi xahiş edirsən?

- Fərqi nə?! Xahiş etsəm rəsmi gözəl çəkəcəksənmi?

- Fərqi nə? Gözəl olsada əsəbləşəcəksən,çirkin olsada. Əslində sən rəsm çəkdirmək deyildə,dərlərini bölməyə insan tapmalısan.

- Bölməkmi?! Sənə kim deyir ki,cənnəti ikiyə bölmək olar?

- Deməli hələdə sevirsən və hələdə onu xatırlayırsan?

- Bəli... Gör nə qədər bədbəxtəm ki,onu unutmaq istəyərkən belə,onu xatırlayıram. O mənim keçmiş illərimin,silinməyən xatirəsidi.Özümü unutdum,amma onu...bacarmadım.

- Niyə unutmaq istəyirsən?

- Niyəmi?... Çox qəliz sualdı. Çünki o mənə məni unutdurdu. Mənə gəlib "Daha yazın günəşidə isitmir bizi"-ayrılaq dedi.Sandım zarafat edir,gülərək üzünə baxarkən, gözlərinin içindəki ciddiliyi hiss etdim. Sanki məcbur etmişdilər...Qo llarından tutub sirkələdim,bu nə baxşılardı,bu nə zarafadır?!-deyə qışqırdım... Məni itəliyərək "Eeee bəsdi daha! Biraz adam ol,ətrafına bax.Hansı sevgi, hansı çətir altında yağışda öpüşmək?!

Filimlərə az bax,azad olmaq istəyirəm,anla!

Bezdim!"...

- Bəs sən nə etdin,nə düşündün?

- Mən susduqca o hiddətlənməyə başladı üstümə,uşaq kimi kövrəldim lap. Köhnə xatirələrin dəyəri olmasaydı,Şillə vurub cəhənnəm olardım oradan!

- Bəs sonra?

- Sonra öyrəndim ki,özünə təzə bir sevgili tapıb,bahalı maşını ilə içində bir vicdansız daşıyan bir sevgili. Özümə nifrət etdim lap. Amma bu nifrətim,xatirələrimi yuyub apara bilmədi,çünki xatirələrin içərisində dəniz sahili,böyük elə oynayır. Özümü onsuz təsəvür edə bilmirəm,hər.kəsdən küsmüşdüm... Qaranlıqlara deyildə,onsuzluğa çəkilmişəm...

-Oğlum bax,hər şərdə bir xeyir var deyirlər,amma o xeyrin özü bir şərdisə,o xeyirdən sənə xeyir gəlməz.Planlarını dəyiş,artıq o dəniz sahillərinə, onun xatirəsi olduğu üçün deyil,idman etmək üçün get. Həmin kafelərdə onu xatırlamaq üçün getmə,dostlarınla kef üçün get və kim olduğunu,nəyə qadir olduğunu göstər özünə...

- Həmdə bağışla,mən o rəsmi çəkə bilməyəcəm.

- Düz deyirsən ama... Nə?! Niyə çəkə bilməyəcəksən?!!

- Düşünmürəm.o təsviri çəkə biləcək qədər mahir bir rəssamam,çəkə bilsəm belə onu sənə satmaz,hansısa rəsm dərgisində baha qiymətə satardım...

- Və bir şeydə deyim: "Həyat itirmək üçün yaranmayıb,itirdiyinin və qazandığının sadəcə ötəri həvəs olduğunu bildirmək üçün yaradılıb" 

- Yaxşılıqlarından qeyri...



- Süleyman Əliyevскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!